header

 İranın rabitə və informasiya texnologiyaları naziri Azərbaycan prezidenti ilə görüşüb

İranın rabitə və informasiya texnologiyaları naziri bu gün Bakıda Azərbaycan Respublikası prezidenti ilə görüşüb. Görüşdə regionun mövcud şəraiti nəzərə alınmaqla siyasi məsələlər eləcə də qarşılıqlı iqtisadi əlaqələr müzakirə edilib.

İRİB-nin Bakı ofisinin verdiyi məlumata görə, görüşdə Azərbaycan Respublikası prezidenti İlham Əliyev İran İslam Respublikası prezidenti Həsən Ruhaniyə öz səmimi salamlarını çatdıraraq iki ölkə əlaqələrinin inkişafından razı qaldığını deyib, son günlər Simnan ostanında baş verən qətar qəzasında həlak olanların ailələrinə, İran xalqı və hökumətinə baş sağlığı verib.

 

İlham Əliyev iki ölkə əlaqələrinin iki ölkə xalqlarının dərin bağlılıqlarının göstəricisi olduğunu bildirib və iki ölkənin iqtisadi komisiyalarının sədrlərinin səylərini yüksək qiymətləndirərək bu əlaqələrin inkişafı qarşısında duran maneələrin aradan qaldırılmasına tam hazır olduğunu dilə gətirib.

 

İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi də bu görüşdə İran İslam Respublikası prezidenti Həsən Ruhaninin səmimi salamlarını Azərbaycan prezidentinə çatdıraraq onun İrandakı qətar qəzası ilə əlaqədar həmdərdlik nümayiş etdirməsinə görə öz təşəkkürünü bildirib hər iki ölkənin çətin anlarda və arzuolunmaz hadisələrdə biri-birinin kənarında durduğunu xatırladıb.

 

Vaizi regional şəraiti region ölkələrində böhranın davam etdiyini xatırladaraq müsəlman və region ölkələrinin tədbirlə və müştərək əməkdaşlıq yolu ilə terrorizm və ifratçılıq probleminə qalib gələcəyinə ümidvar olduğunu söyləyib.

İranın rabitə və informasiya texnologiyaları naziri bu gün Bakıda Azərbaycan Respublikası prezidenti ilə görüşüb. Görüşdə regionun mövcud şəraiti nəzərə alınmaqla siyasi məsələlər eləcə də qarşılıqlı iqtisadi əlaqələr müzakirə edilib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:19 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap