header

 Minlərlə İmam Rza (ə) aşiqi Məşhədin qarlı yollarında - FOTO

Bir neçə gündür ki, İranda soyuq hava şəraiti hökm sürür. Lakin buna baxmayaraq, səkkizinci İmam Həzrət İmam Rza (ə) aşiqləri piyada Məşhəd şəhərinə yürüşlərini davam etdirirlər.

Tashaio.com xəbər verir ki, on minlərlər İmam Rza (ə) aşiqi havanın qarlı və şaxtalı olmasına baxmayaraq, çalışırlar ki, 12 dekabr  – 30 səfər -  İmam Rzanın (ə) şəhadəti günü özlərini piyada Məşhəd şəhərinə çatdırsınlar. 

İmam Rza (ə) zəvvarlarına xidmət edən cəmiyyətin sözçüsü Hüseyn Rzayi bildirib ki, hazırda Məşhəd şəhəri istiqamətinə 70 min nəfərə yaxın zəvvar piyada yürüş edir. 

Qeyd edə ki, hər il İmam Rza (ə) şəhadəti günü Məşhəd şəhərinə 3 milyon zəvvar səfər edir ki, onlardan 300 min nəfəri bu səfəri piyada yürüşlə həyata keçirirlər. 

Qeyd edək ki, artıq bir neçə gündür İranın bir çox yerlərində qar yağmağa başlayıb. Dünən İranda yerləşən müqəddəs şəhərlərdən biri - Məsuməyi-Qum şəhərinə də qar yağıb. Axşam saatlarında isə İmam Rzanın (ə) mütəhhər hərəminə də qar yağmağa başlayıb.


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bir neçə gündür ki, İranda soyuq hava şəraiti hökm sürür. Lakin buna baxmayaraq, səkkizinci İmam Həzrət İmam Rza (ə) aşiqləri piyada Məşhəd şəhərinə yürüşlərini davam etdirirlər.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:57 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap