header

 Allahşükür Paşazadə Türkiyə və İran səfirləri ilə görüşüb

Allahşükür Paşazadə Türkiyə və İran səfirləri ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Türkiyə Cümhuriyyətinin Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı onun xahişi ilə qəbul edib.

 

QMİ-dən verilən məlumata görə, Allahşükür Paşazadə Erkan Özorala yeni fəaliyyətində uğurlar arzulayıb, iki ölkə arasında tarixi köklərə malik dostluq və qardaşlıq münasibətlərinin bu gün də yüksək səviyyədə davam etdiyini diqqətə çatdırıb, Azərbaycan və Türkiyə prezidentlərinin bu işə böyük töhfələr verdiyini xüsusi qeyd edib.

 

*******

 

QMİ sədri İran İslam Respublikasının ölkəmizə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadəni də onun xahişi ilə qəbul edib.

 

Allahşükür Paşazadə deyib ki, Azərbaycanla İran arasında dostluq və qardaşlıq tellərinin minilliklərə söykənən tarixi var, sovet dövründə bütün qadağalara baxmayaraq, münasibətlər davam edib.

 

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra əlaqələrdə yeni bir səhifə açılıb.(apa)

Allahşükür Paşazadə Türkiyə və İran səfirləri ilə görüşüb
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:19 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap