header

 Nardaran hadisələri və Hüseyn şəairinin Azərbaycan respublikasında möhkəmlənməsi

Nardaran hadisəsindən sonra Azərbaycan respublikasında imam Hüseynin adı həmişəkindən çox xatırlanır

Təqribən bir il bundan əvvəl Azərbaycan respublikası daxili işlər nazirliyi qüvvələrindən neçə yüz nəfər Bakı ətrafında yerləşən Nardaran qəsəbəsində keçirilən Ərbəin əzadarlığına hücum etmiş, beş nəfəri şəhid etmiş və neçə on nəfəri yaralamış, yaxud da saxlamışdır. Bu düşmənçilik bir halda baş verir ki, dövrümüzün Yezidlərinin imam Hüseyn məktəbinə düşmənçiliyi heç bir nəticə verməmişdir.  Elədir, bu ölkə əhalisinin Məhərrəm və Səfər əzadarlığı, onların qonşu ölkə əzadarlığına qatılması, Kərbəla əzadarlığında misilsiz iştirakı və milyonluq Ərbəin yürüşündə iştirak etməsi göstərir ki, heç bir qüdrət bu xalqı öz kimliyindən, hüseynçi və şiə kimliyindən ayıra bilməz. Azərbaycan respublikasının qeyrətli və azadlıqsevər əhalisi Nardaranda baş verdiyi kimi hadisələrdə canlarını verməli olsalar da imam Hüseyn işığının bu şiə ölkəsində sönməyinə yol verməyəcəklər.

Imam Hüseyn məktəbinə düşmənçiliyin tarixi də bunu sübut edir. Imam Hüseyn əzadarlığına ilk müxalif olanlar Bəniüməyyədir. əslində onların özləri Aşura cinayətlərini törətmişdilər. Bu prosesdə Hüşam bin Əbdülməlik öndə gedir. Onlar Aşura gününü şənlik etmək fikrində idilər. İbni-Həcər yazır: Əbdülməlik bin Mərvanın və bəzi əshabə və tabeinlərin  hüzurunda Aşura gününü birinci dəfə şənlik edən adam Həccac bin Yusif Səqəfi idi. Sonra bildirildi ki, imam Hüseyn şəhadətini və onlara aid müsibətləri danışmaq xətiblərə haramdır. Onlardan sonra Bəniabbas bunu davam etdirdi. Duzu yeyib duzqabıbnı sındıranlar əhli-beyt məhəbbəti naminə camaatı özlərinə çəkdilər və əhli-beytə Bəniüməyyə kimi yanaşdılar. Ərəb şairi Əbuəta Sindi deyir: kaş Bənimrəvanın bizə etdikləri zülma davam edəydi, Bəniabbasın ədaləti isə yanaydı. Onların şəhidlər ağası Əbaəbdüllaha olan kininin sonu yox idi. Həzrətin pak məzarına hörmətsizlik birinci dəfə Mansur Abbasi tərəfindən, sonra isə oğlu Harun tərəfindən olmuşdur. Onlar imam Hüseyn hərəminin uçurulması əmrini verdilər. Mütəvəkkil dövrünün ədəbsizliyinə gəldikdə isə tarixçilər yazməşlar ki, Mütəvəkkil 233, 236, 237 və 247-ci illərdə Həzrətin hərəminin təxrib olunması, yerinin şumlanması və selə verilmasi haqda 17 dəfə əmr verdi. Zəhəbi deyir: Mütəvəkkil hərəmin və ətraf evlərin təxrib edilməsi, sonra sürülməsi əmrini verdi və onun ziyarətini yasaq etdi. Qəbri və büqəni yerlə yeksan etdirdi, səhraya çevirtdirdi. Mütəvəkkil əhli-beyt düşməni kimi tanınırdı. Məşhur şair və ədib Yəqub bin Səkit deyir: Allaha and olsun ki, Bəniüməyyə Peyğəmbər qızının oğlunu məzlumcasına öldürdüyü kimi Bəniabbas da həmin işi görüb qəbrini məhv etdilər. Vaxtı ilə Həzrətin qətlində şərik olmadıqlarına görə təəssüf edən Bəniabbas, Əbaəbdüllahın sümüklərindən əvəzin çıxdılar. Sünni tarixçisi, məqatilattalibin əsərinin müəllifi yazmışdır ki, Mütəvəkkil bütün bu ədəbsizliyi Dizəc adlı bir yəhudinin vasitəsilə edirdi. Bu ədəbsizlik hicri 269-da Müvəffəq Abbasi  və hicri 526-da Əlmüstətir dövründə baş verdi. Həmin illərdə büqənin qiymətli əşyaları oğurlandı. Bu ədəbsizliklərlə yanaşı ziyarətçilərə və əzadarlara qarşı amansız davranışlar meydana gəldi. Ondan sonra isə əzadarlarla bu cür yanaşmalar Rzaxan, Səddam və müasir təkfirçilərin ənənəsinə çevrildi. Imam Hüseyn hərəminə ədəbsizlik Səddamın da dosiyasına daxildir. İraq şiələrinin intifazəsində Səddam şiələrlə qarşılaşma bəhanəsilə kürəkəninin vasitəsilə hərəmi topa bağladı. əhbəttə həm özü, həm də kürəkəni öz əməllərinin cəzasını çəki! Bütün bu hadisələr göstərir ki, imam Hüseyn əzadarlığı dinin şübhə edilməz həqiqətlərindəndir. Hüseyn əzadarlığı məclisləri hər gün əzəmətinə artan nurani ilahi məclislərdir. Belə ki, bu il Ərbəində 27 milyondan çox ziyarətçi iştirak etmişdi. Elədir, Hüseyn nuru heç vaxt sönməyəcəkdir və onun düşmənləri gec-tez məhv olacaqlar.

Nardaran hadisəsindən sonra Azərbaycan respublikasında imam Hüseynin adı həmişəkindən çox xatırlanır
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:19 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap