Azərbaycan respublikasının mədəni dairələri din alimi və əhlibeyt mədahının vəfati münasibəti ilə başsağlığı vermişlər - Foto
Posted on : qafqaz 10/16/2017 1:00:19 PM
Azərbaycan respublikasının mədəni dairələri din alimi və əhlibeyt mədahının vəfati münasibəti ilə başsağlığı vermişlər - Foto
Tashaio.com xəbər verir ki, Bir sıra mədəniyyət və sənət xadimləri, o cümlədən
universitet professorları və əhlibeyt dostları ustad Səlim Müəzzinzadənin vəfatı
ilə əlaqədar cüməaxşamı səhər çağından ikindiyə kimi İranın mədəniyyət
konsulluğuna gedib ayətüllah-üzma Müsəvi Ərdəbilinin vəfat xəbərini eşidərək dərin
təəssüf və hüznlərini bildirmiş və onlara Allahdan rəhmət diləmişlər.
İranın Azərbaycan
respublikasındakı səfiri Cavad Cahangirzadə həmin nümayəndəliyə gedərək xatirə
dəftərinə ürək sözlərini yazmış və ayətüllah Musəvi Ərdəbili həzrətləri və Səlim
Müəzzinzadə Ərdəbilinin vəfatı münasibətilə İran islam respublikasının dövlət və
xalqına, eləcə də o mərhumlarin ailələriə başsağlığı vermişdir.
Azərbaycan
respublikası din işləri üzrə dövlət komitəsinin sədri Mübariz Qurbanlı xatirə dəftərinə
ürək sözlərini yazdıqdan sonra müxbirlərə verdiyi müsahibədə Səlim Müəzzinzadəni
bu ölkənin mədəniyyət və sənət dairələrində bir ustad kimi tanındığını bildirərək
onun vəfatını hər iki ölkə sənətkarlarına dəymiş böyük xəsarət kimi qiymətləndirmişdir.
İranın Azərbaycan
respublikasındakı mədəni konsulu İbrahım İbrahimi demişdir: Azərbaycan xalqı
İran əhalisi kimi ustad Səlim Müəzzinzadəni əhlibeyt maarifini yorulmadan
yaydığına görə çox sevirdilər və onun vəfatı xəbərini eşitdikdə son dərəcə kədərləndilər.
O artırmışdır:
Azərbaycan respublikasının mədəniyyət və sənət nümayəndələrinin buraya gəlib
xatirə dəftərini yazdıqlarından əlavə ayətüllah Müsəvi Ərdəbili həzrətləri və səlim
Müəzzinzadənin vəfatı münasibətilə bu ölkənin sosial və mədəni ziyalılarından
onlarla şəxsiyyət telefon vasitəsilə İran islam respublikasının məsul məqamlarına
başsağlığı vermişlər. İbrihimi Azərbaycan respublikasının mədəni və sənət nümayəndələrinin
İranın mədəni konsulluğuna gəlib ayətüllah Müsəvi Ərdəbili həzrətləri və səlim
Müəzzinzadənin vəfatı ilə əlaqədər həmrəylik göstərmələrini iki ölkə arasında mədəni
əlaqələrin möhkəm olduğunu nümayişi kimi qiymətləndirmişdir.