header

 İngiltərədə məktəblilər polis əməkdaşlarını döyüb

Britaniyanın paytaxtı Londonda bir qrup məktəbli iki polis əməkdaşını döyüb.

"Report"un məlumatına görə, bu barədə "Daily Mail" xəbər yayıb. Məlumata görə, hadisə paytaxtın Nyu Kross rayonunda baş verib. Belə ki, məktəblilərdən ikisi mübahisələrini yumruq davası ilə yekunlaşdırmağı qərara alıblar. Onlar bu barədə "WhatsApp"da yazışıblar. Sonda dava üçün planlaşdırılmış əraziyə 30-a yaxın məktəbli gəlib. Patrul maşınından düşən polis əməkdaşları isə davaya hazırlaşan məktəbliləri ayırmaq istəyiblər. Lakin buna müvəffəq ola bilməyiblər. Məktəblilər polis əməkdaşlarından birini yerə yıxaraq onu döyməyə başlayıblar.

 

Asayiş keşikçisinin qadın həmkarı ona kömək etmək istədikdə məktəblilər ona da zərbələr endiriblər. Polis əməkdaşı nəhayət köməyə ehtiyacı olan həmkarını məktəblilərin əlindən ala bilib. Şagirdlər isə qaçaraq ərazidən uzaqlaşıblar.

Britaniyanın paytaxtı Londonda bir qrup məktəbli iki polis əməkdaşını döyüb.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:19 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap