RELEASE: The #Yemen Files #HillaryClinton #YemenCrisis#Saudi #Iran #ISIL #AQAP #RedSea wikileaks.org/yemen-files/?s …#yemencrisis
ABŞ Yəməndə müharibədən əvvəl hökumət qüvvələrini silahlandırıb
Posted on : Digər sahələr 10/16/2017 1:00:19 PM
Bu barədə WikiLeaks təşkilatının dərc etdiyi ABŞ-ın Yəməndəki səfirliyinin 500-dən çox sənədindən məlum olub
Vaşinqton hələ
müharibədən əvvəl Yəmən hökumətini silahlandırıb, təlim verib və
sponsorlaşdırıb.
Bu barədə
WikiLeaks təşkilatının dərc etdiyi ABŞ-ın Yəməndəki səfirliyinin 500-dən çox sənədindən
məlum olub.
"Sənəd həmçinin
Yəmənin Amerikadan müxtəlif silahlandırmanı - təyyarə, gəmi, nəqliyyat vasitələri...
və biometrik sistem aldığını göstərir",
- deyə WikiLeaks saytında bildirilir.
Sənədlər
2009-cu ildən münaqişələrin başladığı 2015-ci ilin mart ayına kimi müddət əhatə
edir. WikiLeaks vurğulayır ki, Yəməndə müharibə
ABŞ Dövlət Katibi Hillari Klintonun
dövründlə başlayıb və Con Kerrinin onu əvəzləməsindən sonra da davam
edib.
Amerikanın Yəməndəki
səfirliyi 2015-ci ilin fevral ayında - müharibədən bir ay əvvəl bağlanıb,
deyə WikiLeaks xatırladıb.
Qeyd edək ki, Yəməndə
2014-cü ildən rejimə qarşı aksiyalar başlayıb, lakin 2015-ci ildən Səudiyyə
rejimi başda olmaqla ərəb koalisiyasının
müdaxiləsi ilə kəskinləşib. Rejim qüvvələrinin hava hücumundan bu günə qədər
uşaqlar və qadınlar da daxil olmaqla on minlərlə dinc sakin həyatını itirib və
yaralanıb, yüzlərlə məktəb binası, xəstəxanalar və yaşayış binaları yararsız
hala gəlib./ FaktXəbər
|