Səudiyyə Ərəbistanının Yəmənə qarşı cinayəti
Posted on : Digər sahələr 10/16/2017 1:00:19 PM
Səudiyyə Ərəbistanının Yəmənin Sədə vilayətinə qarşı hava hücumlarında 3 yaşlı uşaq daxil olmaqla 4 mülki həlak olub.
Əl-Aləm
telekanalının verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının təcavüzkar
qırıcılarının Yəmənin Sədə vilayətində yaşayış motivlərinə qarşı hücumlarında 3
yaşlı uşaq da daxil olmaqla 4 mülki həlak olub, 3 nəfər də yaralanıb.
Səudiyyə hərbi
təyyarələrinin Sədə vilayətinə dünən axşam həyata keçirdiyi hücumda isə 5 mülki
yaralanmışdı.
Səudiyyə qırıcı
təyyarələri həmçinin Cof vilayətində Əl-Motun və Əl-Məslub , Maarib vilayətində
Cəbəlül-Həylan və Təəz vilayətində Zəbab bölgələrinə qarşı da hücumlar həyata
keçiriblər.
Digər tərəfdən
yəmənli müştərək qüvvələr Təəz vilayətində Təbbəl-Soda və Təbbəl-Məhzar bölgələrinə
nəzarəti təmin etdiklərini bildiriblər.
Döyüş
informasiya qərargahı yəmənli qüvvələrin Səudiyyə Ərəbistanının cənubunda Əsir
bölgəsində Nəşmə ərazilərində bir səudiyyə hərbi maşınına raketin dəydiyi andan
videolar yayıb.