Livan ordusundan xüsusi əməliyyat: İŞİD lideri tutuldu
Posted on : Digər sahələr 10/16/2017 1:00:19 PM
Hərbçilər terrorçulara məxsus çox sayda silah və "canlı bomba" kəmərlərini də müsadirə edib.
"Reuters"-ə
istinadən, Livan hərbçiləri xüsusi əməliyyat keçiriblər. Əməliyyat zamanı İŞİD
terror təşkilatının başçılarından biri tutulub. Məlumatı təhlükəsizlik qüvvələrindəki
mənbədən veriblər.
Əməliyyat bu
gün səhər saatlarında Suriya ilə sərhəddə yerləşən Ərsal şəhəri yaxınlığında
keçirilib. Reyd zamanı daha 11 terrorçu da tutulub.
Əməliyyat
zamanı İŞİD başçılarından Əhməd Yusid Amoun yaralanıb.
Hərbçilər
terrorçulara məxsus çox sayda silah və "canlı bomba" kəmərlərini
müsadirə edib.