Ayətullah Musəvi Ərdəbilinin dəfn mərasimi - FOTO
Posted on : Təqlid mərcələrinin 10/16/2017 1:00:19 PM
Tanınmış mərcəi təqlid Ayətullah Əbdülkərim Musəvi Ərdəbilinin dəfn mərasimi keçirilib.
Mərhum Ayətullah
Musəvi Ərdəbili Qumda həzrət Məsumənin (s) hərəmində dəfn olunub.
Dəfn mərasimində
xeyli sayda insan iştirak edib. Dəfn mərasimindən öncə mərhum Ayətullah Musəvi
Ərdəbilinin evində vida mərasimi təşkil olunub. Vida və dəfn mərasimində Ali Rəhbər
Ayətullah Xameneinin Qumdakı ofisinin rəhbəri Ayətullah Məhəmmədi Qulpayqani,
Ayətullah Cavadi Amoli, Ayətullah Subhani, Ayətullah Ələvi Bürucerdi, Ayətullah
Müqtədayi, Ayətullah Ərafi, Ayətullah Əxtəri, Ayətullah Sistaninin nümayəndəsi
Ayətullah Şəhristani, İslam İnqilabının banisi Ayətullah Xomeyninin (rə) nəvəsi
Seyid Həsən Xomeyni, eləcə də İran prezidenti Həsən Ruhani, parlamentinin
spikeri Əli Laricani və digər hökumət nümayəndələri qatılıb.
Mərhum Ayətullah
Musəvi Ərdəbilinin namazı mərcəi təqlid Ayətullah Şübeyri Zəncani qılıb.
Qeyd edək ki,
bu gün şam və işa namazlarından sonra Qumun Əzəm məscidində Ali Rəhbər Ayətullah
Xamenei tərəfindən Ayətullah Hacı Seyid Əbdülkərim Musəvi Ərdəbilinin anım mərasimi
keçiriləcək.
Xatırladaq ki,
Ayətullah Musəvi Ərdəbilinin babaları Naxçıvanın Ordubad rayonundan Ərdəbilə
köçüblər. Ərdəbili 1926-cı ildə Ərdəbildə kasıb bir ruhani ailəsində dünyaya gəlib.
Kiçik yaşlarından anasını itirib. Ayətullah Ərdəbili ilk ibtidai və dini təməl
dərslərini elə Ərdəbildə alıb. 1943-cü ildə müttəfiqlərin İrana daxil olduğu
zamanda Quma təhsil almağa gedib. Müctəhid təhsilinin bir qismini də Nəcəfdə
alıb.
Alimin 20-dən
artıq fiqhi, əxlaqi və kəlam mövzularında əsərləri var.
İranda İslam
İnqilabının baş tutmasında əksər ruhanilərin və müctəhidlərin rolu olduğu kimi
Musəvi Ərdəbilinin də rolu olub.
İnqilabdan
sonra İranda konstitusiyanın yazılmasında Ayətullahın əvəzsiz rolu olub.
İnqilabın ilk
illərdində müctəhid bir müddət ölkənin
Ədliyyə sisteminə sədrlik etdi. İslam İnqilabının banisi Ayətullah Musəvi
Xomeyninin vəfatından sonra Quma gedən Ərdəbili indiyə qədər də orada məskunlaşıb.
Allah rəhmət eləsin!
O, Qum şəhərində
Mufid universitetini və həmçinin Ərdəbildə "Əmirəl-möminin məktəbi"
xeyriyyə müəssisəsini təsis edib. / Maide