Azərbaycan İsrailə meşə yanğınlarının söndürülməsi üçün təyyarə göndərib
Posted on : qafqaz 10/16/2017 1:00:19 PM
Azərbaycan İsrailə meşə yanğınlarının söndürülməsi üçün təyyarə göndərib
İsrailin müraciəti
əsasında prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, İsraildə tüğyan edən
yanğınların söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) “BE-200ÇS”
amfibiya tipli təyyarəsinin göndərilməsi istiqamətində hazırlıq işləri
aparılıb.
FHN-dən verilən
məlumata görə, qeyd edilən təyyarə lazımi yanğınsöndürmə avadanlıqları ilə birgə
bu gün günorta saatlarında İsrailə yola düşüb.