Ermənistan ordusunda qeyri-döyüş şəraitində 2000 nəfər ölüb
Posted on : qafqaz 10/16/2017 1:00:19 PM
Ermənistan ordusunda qeyri-döyüş şəraitində 2000 nəfər ölüb
Ermənistan
parlamentində həlak olan və əlil olan hərbi qulluqçulara sığorta ödənişləri həyata
keçirmək üçün hər ay 1000 dram (təqribən 3,60 AZN) məcburi vergi ödənişlərinin
olması barədə qanun layihəsinin müzakirələri davam edib.
“İrs”
Partiyasından olan deputat Zaruhi Postancyan çıxışı zamanı bu ölkənin müdafiə
naziri Viqen Sarkisyanı tənqid edib: “Viqen Sarkisyanın həyat yoldaşı qısa
vaxtda milyonçuya çevrilib. İndi bu milyonçu qadın da, əhalinin kasıb olan əsas
hissəsi də eyni qaydada 1000 dram ödəməlidir? Siz buna milli vergi demək istəyirsiniz?
Xeyr, bu milli vergi deyil, bu dilənçilikdir”.
Z.Postancyan
vurğulayıb ki, bu fonda toplanılacaq vəsait gələcəkdə baş verə biləcək hadisələr
zamanı ölən və əlil olan hərbçilərə şamil ediləcək: “Müdafiə naziri Viqen
Sarkisyan bu qanunun nizamnamə qaydalarının pozulması zamanı həlak olan və
yaralananlara şamil edilməyəcəyini bildirib. Halbuki 1996-cı ildən indiyədək rəsmi
məlumatlara görə qeyri-döyüş şəraitində 950, qeyri-rəsmi məlumatlara görə
2000-dək hərbçi ölüb. Biz itkilərə məruz qalmışıq, indi də prezident Sarqsyan
bizə dilənçiliklə müşayiət olunan qanun layihəsi təqdim edib”.
Postancyan bu
layihənin ayıb olduğunu və hamını qanun layihəsinin əleyhinə səs verməyə
çağırıb: “Müddətli hərbi xidmət qulluqçularının 4000 dram (təqribən 14,60 AZN)
aylıq məvacib almaq hüquqları var. Ancaq bu vəsait onların heç birinə ödənilmir.
Onlar sadəcə qol çəkir və bu pullar hesabına həmin generallar, komandirlər
varlanırlar. Valideynlər hər ay övladlarına bağlamalar göndərir. Bunu sübut edən
çox sayda valideyn müraciətləri var”.(report)