header

 prezidentin və dünya qol ağasının səsini əhlibeytə vəqf edən məşhur məddahın vəfatı münasibətilə başsağlığı verməsi

Mərhum Müəzzinzadə deyirdi ki, öz səsini Seyyidüşşühədaya vəqf etmişdir

Mərhum Səlim Müəzzinzadə Ərdəbili ömrünün 60 ilindən çox bir hissəsini növhəxanlığa və məddahlığa sərf etmişdi. Bunların nəticəsi əzadarlıq və növhəxanlığa aid 2500 civarında kaset və CD-dir. Mərhum Müəzzidzadə deyirdi: boğazını həzrət Seyyidüşşühədaya vəqf etmişdir. Buna görə də bu boğazdan digər sahələrdə istifadə etmək yaxşı olmazdı. Ərdəbil ustandarisi sosial işlərinin baş direktoru Şəfi Çəfii Səlim Müəzzinzadənin bir çox həvəskarlarının onun dəfn mərasimində hazır olacağına işarə edərək demişdir: Səlim Müəzzinzadə Ərdəbilinin dəfn mərasimi müxtəlif təbəqələrin, şəhid ailələrinin, əyalət rəsmilərinin, hərbi və daxili qoşun komanderlərinin iştirakı ilə bu gün nahardan sonra keçiriləcəkdir. Bu mərasimin keçirilməsinə lazım olan bütün tədbirlər görülmüşdür. Habelə Ərdəbildə cüməaxşamı ümumi matəm elan edilmişdir. İran prezidenti Səlim Müəzzidzadənin vəfatı münasibətilə baş sağlığı vermiş və sübhan olan Allahdan o mərhumu pak əimmələrə qovuşdurmağı, qalanlarına dözüm bəxş etməyi diləmişdir. Höccətülislam vəlmüslimin Həsən Ruhaninin başsağlığının mətnini veririk: “ismət və təharət əhlibeytinin məşhur məddahı Ustad Səlim Müəzzinzadə Ərdəbilinin vəfatı bizi son dərəcə kədərləndirdi. O mərhumun ürəyə yatan səsi, canyaxıcı və səlabətli nəvası, büzürgüvar atası şeyx Əbdülkərim və əziz qardaşı İranın və dünyanın böyük azançılarından olan mərhum Rəhim Müəzzinzadənin əsərləri ilə birlikdə risalət sülaləsinə iradət xəzinəsi, xüsusilə Azərbaycan diyarının məddahlıq məktəbində yadigar qoymuşlar. Biz o səlimünnəfs zakirin vəfatı xəsarətini İranın mömin və qədirbilən millətinə, o ailənin bütün dostlarına, xüsusilə şərəfli Ərdəbil əhalisinə və o mərhumun hörmətli ailəsinə başsağlığı verir Sübhan Allahdan yüksək dərəcələr, pak əimmələrə qovuşdurmasını və qalanlarına dözüm bəxş etməsini diləyirik”. İranın mədəniyyət və irşad naziri də bir bəyaniyyədə demişdir: “əziz bir ustad, xoşsədalı məddah, böyük sənətkar mərhum hacı Səlim Müəzzinzadə Ərdəbilinin vəfatı münasibətilə bütün vətəndaşlarıma və əhlibeyt aşiqlərinə başsağlığı verirəm. Şübhəsiz öz məddahlığı ilə bu sahəyə əzəmət verən o əzizin xatirəsi bu diyarın din mədəniyyəti səmasında əbədi qalacaqdır. Allah-Taaladan o mərhuma yüksək dərəcələr və əziz ailəsinə dözüm diləyirəm”. İran prezidentinin din, məzhəb və etnik qruplar üzrə köməkçisi Əli Yunisi bir bəyaniyyədə azəri dilli bu məddahı alim bir sənətkar kimi xatırlamışdır ki, ömrü boyu Allah verən səsindən, sarsılmaz imanından və parlaq istedadından istifadə edərək hər bir müsəlmanın ruhuna cila vermişdir. Ərdəbil və Azərbaycan əyalətlərini deputatlar icmalarının verdiyi başsağlığı bəyaniyyəsi mcəlisdə oxunmuşdur. Islami təbliğat təşkilatı da bu xəsarət münasibətilə başsağlığı vermişdir. İran müsiqi əncüməninin icraçı direktoru Bəhram Cəmali, Niyavəran yaradıcılıq fondunun icraçı direktoru Seyid Abbas Səccadi ayrı-ayrı bəyaniyyələrdə Səlim Müəzzinzadənin vəfatını təsliyyət demişlər. Dünyanın qol ağası Əli Dai də instaqram səhifəsində Slimlə birlikdə çəkdirdiyi şəkli yayımlamışdır. O, şəklin altında yazmışdır: “dəyərli ustad hacı Səlim Müəzzinzadə Ərdəbilinin vəfatını bütün dostlarına başsağlığı verirəm”. Vəli-fəqihin əyalətdəki nümayəndəsi və Ərdəbil imamcüməsi, fərhəng və irşad-islami naziri, onun sənət və Quran işləri üzrə müavinləri, Ərdəbil ustandarı, əyalətin deputatlar icması, Ərdəbil əyaləti Həzrət Abbas sipahı, islami təbliğat təşkilatı, Ərdəbil məddahları bəsic təşkilatı, mədəni sərvətlər baş idarəsi, əl işləri və turizm təşkilatı, digər qurumlar, fiziki və hüquqi şəxslər ayrı-ayrı bəyaniyyələrdə ustad Səlim Müəzzinzadənin vəfatını İran millətinə və əyalətimizin əhalisinə başsağlığı vermişlər.

Mərhum Müəzzinzadə deyirdi ki, öz səsini Seyyidüşşühədaya vəqf etmişdir
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:19 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap