header

 Şiələrin ən böyük yığıncağı Qərb mediyasında

Qərb mediyası Ərbəin yürüşü və ziyarətinə dair xəbərlərdəki ikiliyi tənqid etmiş və bu yığıncağı dünyanın ən böyük dinc yığıncağı hesab etmişdir

Tashaio.com xəbər verir ki, İngilis qəzeti “İndependent” Hüseyn Ərbəini ziyarətinin dünyada ən böyük yığıncaq olduğunu vurğulayaraq qərb mediyasının bu haqdakı yanaşmasını tənqid edərək xatırlatmışdır ki, bu milyonnluq yığıncaq Hinduların üç ildə bir keçirilən “Kam Mila” festivalından daha üstündür və iştirkçıların sayı həcc mərasimindən beş dəfə çoxdur.

 

Məqalənin müəllifi vurğunu olduğu avstraliyalı bir gəncin macərasının nəql edir.

 

O, imam Hüseyn ziyarətinə piyada gəlmiş və elə oradaca müsəlman olmuşdur. Müəllif məqalənin bir hissəsində avstraliyalı gəncdən nəql edərək yazır: adamlar və könüllülər ziyarətçilərə 2 milyondan çox evinə yeməyi verirlər. Bu da ABŞ müdafiə nazirliyinin Haiti zəlzələsindən zərər çəkənlərə verdiyi 4 milyon evinə yardımdan qat-qat çoxdur.

 

Müəllif bu istiqamətdə qərb mediyasının bu böyük hadisəyə yanaşmasını tənqid edərək onları İraqda baş verənləri ört-bastır etmək üçün ümumi fikri aldatmağa çalışmaqda ittiham etmişdir.

 

İndepent qəzeti Ərbəin ziyarətinin üç cəhtinə, ən böyük insan yığıncağı, ən böyük könüllülər və ən böyük pulsuz yemək süfrəsi olduğuna görə “geins” rekordlar kitabına düşməli olduğunu vurğulamışdır. Hal bu ki, Kərbəlada Ərbəin ziyarəti prosesində baş verənlər ali insan əxlaqiyyatı, tolerantlıq və dinc yanaşı yaşamaq, xudbinliyi öldürmək, məzlumlara və amansızlığa məruz qalanlara yardım etməkdir. Bu, Məhəmməd (s) dininin özüdür ki, təkfirçi və terrorçu İŞİD qruplaşması ona qarşı mübarizəyə başladı.

 

Hüseyn Ərbəini yürüşü və ziyarəti haqqında qərb mediyasının yanaşma tərzini tənqid edib bağışlanmaz günah kimi qiymətləndirmə birinci dəfə deyildir. Radio Ustun “Hüseyn Ərbəini yürüşü və ziyarətini dünyanın ən böyük və analoqu olmayan yürüş və yığıncağı hesab edir və vurğulayır ki, qərb mediyası 80 ölkədən gələrək təşkil edilən ən böyük yığıncağa göz yummaqla ən böyük peşə səhvinə yol vermiş olur. Avropa radiosunun dediyinə görə müxbirlərin bu haqda hazırladıqları raport göstərir ki, dünyanın heç bir yığıncağı bununla müqayisə edilə bilməz. Bunun çoxlu siyasi, dini və təhlükəsizlik mesajları vardır. Radio vurğulayır ki, Qərb və onun başında ABŞ və Britaniya rəng korluğuna qapılmışlar ki, bu mesajları görmürlər. Mesajlar müxtəlif formada Ağ evə və onun regional və beynəlxalq müttəfiqlərinə göndərilir.

 

ABŞ qəzeti “Hafinqton-Post” mərasimin mediyadakı inikasını tənqid edən digər qərb mediyasıdır. O, qərb mediyasından bu suala cavab vermələrini istəyir ki, niyə onlar Britaniyada və digər ölkələrdə ən kiçik nümayişlərə göz yummur, film çəkir, raport hazırlayır, təhlil edir. Amma bu cür qaynar və dinc yığıncağa göz yumurlar, ona laqeyd qalır və sükutla yanaşırlar? 

 

Hafinqton-Post öz raportunda Ərbəin yürüşü boyu dözüm, özünü ələ alma, fədakarlıq, bağış və qardaşlıq kimi dəyərlərin obyektiv nümunəsinin görünməsinə işarə edərək vurğulamışdır: həqiqi qəhrəmanlar Hollivuddakı xəyalı və boş aktiyorlar deyil, ən böyük eposun yaradıcıları bunlardır. ABŞ qəzeti sonra xatırladır: doğrudan da həqiqi islamı tanımaq fikrindəsinizsə Ərbəin ziyarətinə gedin. Çünki bu ziyarət Məhəmmədin (s) bəşəriyyətə verdiyi, ekstremist təkfirçilərin təhrif etmək istədiyi dəyərlər festivalıdır. Təhrif edənlər Aşura günü Hüseyni öldürənlərin sülaləsidir.

 

Hafinqton-Post məqalənin sonunda vurğulayır: İŞİD-in ideoloji prinsipləri və onun kökünü bilmək istəyirsinizsə onların düşmənlərini öyrənməlisiniz.

Qərb mediyası Ərbəin yürüşü və ziyarətinə dair xəbərlərdəki ikiliyi tənqid etmiş və bu yığıncağı dünyanın ən böyük dinc yığıncağı hesab etmişdir
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:18 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap