header

 Terrorçular Hələbdə hücumu gücləndirib: 15 ölü, 150 yaralı - VİDEO

Terrorçular Hələbdə hücumu gücləndirib: 15 ölü, 150 yaralı - VİDEO

Terrorçular  Hələbdə yaşayış məntəqələrinə hücumu iki dəfə gücləndirib. Sutka ərzinlə 15 dinc sakin həlak olub, 150-dən çox sakin həlak olub. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə  Rusiyanın Suriyadakı düşmən tərəflərin barışıq Mərkəzi yayıb.

 

Hərbçilərin məlumatına görə, təkcə ötən günü  şəhərdə 100-dən çox sursat atılıb.

 

"Hələbdə son bir gün ərzində 15 dinc sakin həlak olub, 150-dən çox insan müxtəlif dərəcəli yaralanıb. Onlar əsasən  əl, ayaq və qarın hissələrindən qəlpə yaraları alıblar", - deyə Mərkəzində bildirilib.

 

Dünən  Hələbdə 8 rayon  zərbə altına düşüb. Terrorçular  partlayıcılarla doldurulmuş qaz balonları, əldəqayırma minalar və idarəolunmaz sursatlardan istifadə ediblər. Terrorçular ən çox məktəbələrə, xəstəxanalar və sosial obyektlərə  zərbə vurmağa çalışıblar.

 

"Mənim övladlarım - oğlum və qızım həlak oldu. Onların 15 və 20 yaşları var idi. Mina partlayan zaman  onlar qorxudan bir-birlərini qucaqlamışdılar və bir yerdə də həlak oldular", deyə xəstəxana palatasında ağlayan qadın bildirib.

 

Hələbin Mərkəzi  hospitalı artıq dolub-daşır. Bütün əməliyyat otaqları dolu, reanimasiya otaqların yer yoxdur. Lakin həkimlər bildiriblər ki, hospitalda bütün yaralılara kömək etmək üçün kifayət qədər tibbi ləvazimatlar var.

 

"Sursat bizim evə düşdü, evimiz yandı, hər şey dağıldı. Partlayış nəticəsində oğlumun ayaqları qopdu və mən indi bilmirəm ki, indi o, hardadır. Evdən heç bir  şey qalmayıb. Terrorçular raket kimi nəsə çox güclü silahdan istifadə edirlər, ancaq biz qalib gələcək və tezliklə onlardan xilas ollacağıq", - deyə şəhər xəstəxanasına çatdırılan üzü qanlı  kişi bildirib.

 

Terrorçular bundan başqa Hələbdə şəhər məktəbini gülləbaran ediblər. Nəticədə 3 şagird həlak olub, 9-u isə yaralanıb.




Terrorçular Hələbdə hücumu gücləndirib: 15 ölü, 150 yaralı - VİDEO
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:17 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap