Ruhani: "Pis və daha pis arasında seçim etmək çətindir"
Posted on : iran 10/16/2017 1:00:17 PM
İran prezidenti Həsən Ruhani ABŞ prezidentliyinə namizədlərə münasibətini açıqlayıb.
TASSA agentliyinin verdiyi məlumata
görə, H. Ruhani deyib ki, Donald Tramp və Hillari Klinton arasında seçim etmək
pis və daha pis arasında seçim etməkdir.
D. Tramp və H. Klinton arasında
debatlara münasibət bildirən H. Ruhani qeyd edib ki, 200 ildir ki,
demokratiyanın olduğu ABŞ-da əxlaq çatışmır: “Prezidentliyə namizədlərin
debatını müşahidə etməklə buna əmin olmaq olar. Biz onların bir-birinə
istehzalarını və bir-birini ələ saldıqlarını görürük. Belə görünür ki, bu,
amerikasayağı demokratiyadır. İran üçün belə demokratiya və seçki məqbul deyil.
Bir müddət əvvəl BMT Baş Assambleyasının sessiyasında ölkələrdən birinin lideri
məndən soruşdu ki, ABŞ-da prezidentliyə namizədlərdən hansına üstünlük
verirsiniz. Mən də dedim ki, pis və daha pis arasında seçim etmək çətindir”.
Qeyd edək ki, noyabrın 8-də ABŞ-da
prezident seçkiləri keçiriləcək.