header

 İraq: Türkiyə Mosul əməliyyatında heç cür iştirak etmir

İraqın bu bəyanatı Türkiyənin açıqlamasından sonra edilib.

İraq Hərbi Komandanlığı Mosulun İŞİD terror təşkilatından azad edilməsi əməliyyatında Türkiyənin iştirak etməsini inkar edir. Bu haqda ordu nümayəndəsi bildirib.

 

“Birgə Əməliyyatlar Komandanlığının nümayəndəsi Neynəva əyalətinin azad edilməsi əməliyyatında Türkiyənin istənilən cür iştirakını inkar edir.”, - deyə hərbçilərin bəyanatında deyilir. Qeyd edək ki, Mosul şəhəri Neynəva əyalətinin inzibati mərkəzidir.

 

Xatırladaq ki, daha əvvəl Türkiyə Baş naziri bildirmişdi ki, Türkiyə artilleriyası və tankları Şimali İraqın kürd dəstələrinə (Peşmərgə - red.) dəstək verirlər. Qeyd edək ki, Peşmərgə qüvvələri də Mosulda İŞİD əlyehinə əməliyyatda iştirak edirlər. / İslamazeri

İraqın bu bəyanatı Türkiyənin açıqlamasından sonra edilib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:17 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap