header

 Amerikalı ekspert: Türkiyə İraqda öz məqsədlərini güdür

Amerikalı siyasi ekspert Uliyam Conz hesab edir ki, Türkiyənin İraq ordusunun Mosulu azadetmə əməliyyatında iştiraka israrı Ankaranın regiondakı gündəliyini həyata keçirmək məqsədini güdür və bu da sonda böyük ehtimalla iraqlılar üçün problemlərə səbəb olacaqdır.

Press TV-nin verdiyi məlumata görə, Conz deyib: Görünən odur ki, İŞİD ilə mübarizə də Türkiyənin iş gündəmində duran mövzulardan biridir, lakin rəsmi Ankaranın İraqın şimalında gedən proseslərdə iştirak etməkdə əsas məqsədi kürd qrupların roluna mane olmaq və onların hərəkətlərini nəzarətə almaqdan ibarətdir.

 

Kürdlər son vaxtlar İraqın şimalında İŞİD ilə mübarizədə daha qabarıq rola malik olublar. Türkiyənin Mosulun azad edilməsi əməliyyatında iştirakı isə vəziyyəti daha da mürəkkəbləşdirəcək. Bu gün belə bir sual gündəmdədir ki, görəsən Mosul əməliyyatından və İŞİD ilə mübarizə bitdikdən sonra Türkiyə hərbçiləri İraq torpaqlarından çıxacaqlar yoxsa regionda fəaliyyətlərini davam etdirəcək və onlarla kürdlər arasında çaxnaşma da davam edəcək?

 

Türkiyə liderləri İraq kürdlərinin tələbi ilə İraqa daxil olduqlarını deyirlər. Mən bu sözün doğru olmasına şübhələnirəm. Ona görə ki, peşmərgələr İraq ordusunun nəzarəti altında əməliyyatı davam etdirir və heç bir broblem də müşahidə olunmur.

 

Məhz buna görə də Türkiyə hərbçilərinin İraqın şimalındakı fəaliyyəti sadəcə durumu mürəkkəbləşdirə bilər. Ona görə ki, Türkiyə İraqda fərqli məqsədlər güdür. İraqın ərazi bütövlüyü və suverenliyi mövzusu da Türkiyənin gündəliyində deyil, Türkiyə kürdləri nəzarətə almaq və onların müxtariyyət hüquqlarının daha da artmasına mane olmağı düşünür.

 

İraq dövləti İŞİD-i məğlub etmək üçün bəlkə də yardıma ehtiyaclı olacaq. Amma mənə elə gəlir ki, iraqlılar Türkiyənin bu ölkənin bir hissəsində rol oynayacaqları təqdirdə, toqquşmalar sona çatdıqda həmin ərazilərin taleyinin naməlum olacağını başa düşüblər . Məhz buna görə də, Bağdad toqquşmaların sona çatmasından sonra Türkiyə hərbçilərinini fəaliyyət göstərdikləri ərazilərin taleyinin nə olacağından son dərəcə nigarandır.

Amerikalı siyasi ekspert Uliyam Conz hesab edir ki, Türkiyənin İraq ordusunun Mosulu azadetmə əməliyyatında iştiraka israrı Ankaranın regiondakı gündəliyini həyata keçirmək məqsədini güdür və bu da sonda böyük ehtimalla iraqlılar üçün problemlərə səbəb olacaqdır.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:17 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap