header

 ABŞ kəşfiyyatının İran inqilabından sonra Əhli-Beyt(ə) məktəbi əleyhinə olan planı

"Biz bu məclislərin məddah və xətibləri üçün on milyonlarla pul nəzərdə tutmuşuq. Biz bu yolla əzadarlıqlara nüfuz etməyə çalışacağıq"

Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) Orta Şərq üzrə müavini Maykıl Brantın illər öncə ABŞ-da çap olunan kitabda maraqlı açıqlamaları qeydə alınıb. İslaminSesi sözügedən kitabın bir hissəsinin tərcüməsini təqdim edir.

 

“İran inqilabından bir neçə il sonra CİA əməkdaşları bir araya toplaşdı. İnqilabın baş verməsinə yeganə səbəbin, ölkə şahının yürütməz sisyasətinin olmadığı qənaətinə gəldik. Bunun əsas səbəbinin, dini təqlid mərcələrinin siyasi rəhbərçiliyi və islam Peyğəmbərinin (s) nəvəsi Hüseynin (ə) illər öncə şəhadəti olduğu nəticəsinə gəldik. Bu iki əsas səbəbdir ki, şiələri digər müsəlmanlardan daha fəal edir. İclas zamanı qərara aldıq ki, şiəçiliyi daha dəqiq tanımaq üçün müstəqil şöbə açılsın və ilk olaraq şöbənin ixtiyarına 40 milyon dollar qoyulsun. Şöbənin əsas missiası isə bunlar idi:


1.Məlumat toplama,


2.Şiələr əleyhinə təbliğatlar və əsas hədəfin ABŞ-dan yayınması üçün şiə-sünnü arasında ciddi qarşıdurmalarn yaradılması. Bu 2 hədəf üçün qısa müddətli plan,


3. Şiəçiliyin məhvi üçün uzun müddətli plan,


Toplanılmış məlumatlardan aşağıdakı nəticələr alındı:


1. Təqlid mərcələri:


Təqlid mərcələri bu məzhəbin əsas güc mənbəyidirlər. Bu şəxslər şiəçiliyin əsas prinsiplərini daima müdafiə edənlərdir. Onlar tarix boyu qeyri islami şəxsiyyətlərə beyət etməmişlər. #Ayətullah Şirazinin (tənbəki ilə bağlı) fətvası İngiltərənin İrana daxil olmasına mane oldu, Qum elmi hövzəsi İran şahını devirdi, Ayətullah Musa Sədrin hərəkatı İngiltərə, Fransa və İsrailin Livandan qaçmasına səbəb oldu. Bu gün də “Hizbullah” İsrailinə mane törədən ən böyük qüvvədir. Biz belə nəticəyə gədlik ki, “Parçala, hökm sür” siyasətindən əlavə “Parçala, məhv et” siyasətinə də üz tutmalıyıq. Elə bu səbəbdən şiənin kafir olma düşüncəsini yaymalıyıq və savadsız insanları topladığımız və təşkilatlandırdığımız zaman şiələrə qarşı silahlı hücuma əl atmalıyıq. Bununla da şiəçiliyin həqiqi siması təhrif olunmalı və avam camaatın nifrət etdiyi bir məzhəbə çevrilməlidir. Təqlid mərcələrinin əleyhinə məlumatlar toplayaraq yazıçı və məddahların əli ilə yaymalıyıq. Buna ciddi pul xərcləmək lazım olacaqdır. Bu planın nəticəsi olaraq xalq, təqlid mərcələrinə öz etirazlarını bildirəcək və bizim yolumuzun üstündə olan əsas mane olan təqlid mərcləri, şiələrin öz əli ilə məhv olacaqdır.


2. Aşura və Kərbəla:


Biz bu məclislərin məddah və xətibləri üçün on milyonlarla pul nəzərdə tutmuşuq. Biz bu yolla əzadarlıqlara nüfuz etməyə çalışacağıq. Şiə düşüncəsini təhrif edəcək məddahlar yetişdirəcək və bu məzhəbi, təqlid mərclərinin oyunu oludğu düşüncəsini yayacağıq. Bundan əlavə bu məclislərdə şiə adət-ənənəsinə zidd olan bəzi addımlar da atılacaqdır. Bu iş avam camaatın şiələri cahil və narahat edici bir qrup kimi tanımasına səbəb olacaqdır. Bununla da güclü məntiqə sahib olan şiəçilik, dərvişlərin məzhəbinə çevriləcək və daxildən devriləcəkdir.”


Mənbə: “İlahiyyatı bölmək və viran etmək planı” kitabı

 

Tərcümə etdi: Ruhullah Novruzzadə

"Biz bu məclislərin məddah və xətibləri üçün on milyonlarla pul nəzərdə tutmuşuq. Biz bu yolla əzadarlıqlara nüfuz etməyə çalışacağıq"
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:17 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap