header

 Tanınmış iqtisadçıdan İran iqtisadiyyatı ilə bağlı ilginc şərh

Natiq Cəfərli: “10 ildə İran regionun və dünyanın ən intensiv inkişaf edən ölkəsi olacaq”

Qlobal iqtisadi böhranın hökm sürdüyü, bir çox ölkələr üçün əsas maliyyə mənbəyi hesab edilən neftin qiymətinin kəskin aşağı düşdüyü, eləcə də, gəlirlərin azaldığı bir vaxtda sürətlə inkişafa doğru yön alan İran, artıq dünyanın diqqətini özünə tərəf çəkməkdədir. Tanınmış iqtisadçı ekspert Natiq Cəfərlinin “İran iqtisadiyyatına yaxın 3 ildə 200 milyard dollara qədər investisiya qoyulacaq, dünyanın bütün iri şirkətləri 80 milyonluq İran bazarından pay qoparmağa çalışacaq” fikirləri bunu deməyə əsas verir.

 

Bir çox inhisarçı ölkələrdə, o cümlədən də, Azərbaycanda iqtisadi vəziyyətin ağırlaşdığı bir dönəmdə İranın inkişaf sxeminə toxunan iqtisadçı öz Facebook səhifəsində  maraqlı fikirlər səsləndirib: “İran iqtisadiyyatına yaxın 3 ildə 200 mlrd. dollara yaxın investisiya qoyulacaq, dünyanın bütün iri şirkətləri 80 milyonluq İran bazarından pay qoparmağa çalışırlar”.

 

Natiq Cəfərli bildirib ki, İran əhalisinin 70%-ə yaxını 35 yaşa qədər olan gənclərdir: “İran son 30 ildə Avropa və ABŞ-da 1 milyondan çox tələbə oxudub. Yaxın 10 ildə İran regionun və dünyanın ən intensiv inkişaf edən ölkəsi olacaq. Bir müddət sonra bizim vətəndaşlarımız işçi qüvvəsi kimi Rusiyaya yox, İrana gedəcək. İş adamları da, İran bazarında yer tutmağa çalışsalar, qazanclı çıxarlar”.    ./ İslaminSesi

Natiq Cəfərli: “10 ildə İran regionun və dünyanın ən intensiv inkişaf edən ölkəsi olacaq”
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:17 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap