Fətullah Gülən cənnətə girsə, mən ora ayaq basmaram - Ayətullah Ameli
Posted on : Ərdəbil 10/16/2017 1:00:17 PM
İran İslam inqilabının ali lideri Ayətullah Xamaneyinin Ərdəbil təmsilçisi Ayətullah Ameli tarixçi professor İlber Ortaylının da, arasında olduğu jurnalist heyətini qəbul edib.
Huriyyet.com-a
istinadən, İran İslam inqilabının ali lideri Ayətullah Xamaneyinin Ərdəbil təmsilçisi
Ayətullah Ameli bu görüşdə F. Güləni çox yaxşı tanıdığını vurğulayıb.
Professor İlber
Ortaylı Şah İsmayıl Xətainin babasının türbəsini ziyarət etdiyini və oranın savadlı akademiklər tərəfindən
orjinalına uyğun restavrasiya edilməsinin göz qamaşdırdığını bildirib.
Buna cavab
olaraq Ayetullah Ameli bildirib: "Birlikdə nə qədər ağlasaq azdır. Türk
sultanı və iki böyük türk dövləti avropalıların oyunu ilə bir-birləri ilə
savaşıb güclərini itirdilər. Halbuki
döyüşmək yerinə iki qardaş birləşsəydi dünyaya ağalıq edərdilər. Şah
İsmayıl bu oyuna mane olmaq üçün çox məktub göndərdi. Şah İsmayıl döyüşmək
yerinə vahid bir mədəniyyət yaratmaq istəyirdi. Təəssüf ki, Sultan Səlim bunu
ciddi qəbul etmədi və müharibə etməli oldular. Hamımıza heyf oldu. Səfəvilərlə
Osmanlılar birləşsəydi böyük dövlət qurardılar və dünya bu gün belə
olmazdı."
Ayetullah Ameli
həmçinin bildirib ki, Türkiyə nə vaxt çətinliyə düşsə İran onun yanında olub. Buna misal olaraq o PKK-nın heç vaxt İran tərəfdən Türkiyəyə
hücum etmədiyini deyib. Gələcəkdə belə hücumlarımn olmayacağını bildirib, çünki
İran hökumətinin buna izn verməyəcəyini vurğulayıb. İlbər Ortaylı da:
"Kürd məsələsi ancaq müsəlman və qədim dövlətçilik ənənələri olan Türkiyə
və İran tərəfindən həll edilə bilər"- deyə bildirib.
Söhbət zamanı
bir sual əsnasında Feto da müzakirə olunub. Ayetullah Ameli F. Güləni çoxdan
tanıdığını və onun Belçikada verdiyi bir fətvasında Kəlmeyi-Şəhadəttdən Hz. Məhəmmədin(s)
adını çıxarmasını bildiyini qeyd edib. Daha sonra sözlərinə "Fətullah Gülən
cənnətə girsə mən ora ayaq basmaram" -deyə əlavə edib. / islaminsesi