header

 Ərdoğaının və Türkiyə mediyasının ittihamlarına ayətüllah Amilinin cavabı - VİDEO

Ərəbistan və Türkiyə regionda tökülən qanlara cavabdeh olmalıdır

Tashaio.com xəbər verir ki, Ayətullah seyid Həsən Amili Ərdəbilin bu həftəki cümənamazının xütbələrində Ərdoğanın son sözlərinə və Türkiyə mediyasının şiələrə qarşı ittihamlarına işarə edərək bildirmişdir: Osmanlılar ən pis vəziyyətdə olarkən Britaniya şiə İraq ölkəsini işğal etdi. İraq və Qumda şiə mərcələri işğalçılara qarşı cihad elan etdilər. Şiələr öz qanlarını verməklə bu islam ölkəsini yenidən osmanlılara qaytardılar. Demək şiələr heçvaxt islam ölkələrindən intiqam alan deyildir. Osmanlılar iqtisadi və hərbi baxımdan ən pis şəraitdə olduqları vaxt müsəlmaların birliyi naminə heç bir təşəbbüsə əl vurmadılar.

 

O artırmışdır: islam ölkələrinin hamısı başda İŞİD olmaqla vahid bir düşmənlə qarşı-qarşıyadırlar. Dünya imperializmi və sionizm region koloların köməyi ilə onları planlaşdırır. İŞİD və analoji qruplaşmalar Amerika və sionist rejimi tərəfindən onların hədəfi uğrunda region millətlərilə müharibə aparmaqda, müharibə, talançılıq, qırğın, təxribat və fitnə törətməkdədirlər. Təəssüf ki, Amerika və sionistlərin dəhşət və terror səfirləri bütün bu cinayətləri islam adıla törədir və beləliklə insani, ilahi və islami dəyərlərə zid olan bu təşəbbüsləri yaxalarından atırlar.

 

Vəli-Fəqihin Ərdəbil əyalətindəki nümayəndəsi dünya imperializmi və onun müttəfiqlərinin günahsız insanların qanı ilə oynamasını şiddətlə tənqid etmişdir.

 

Ayətullah Amili bildirmişdir: onlar öz qeyri-qanuni maraqlarını təmin etmək, İran və Hizbüülahı sarsıtmaq, Suriya, İraq və Yəmənin infrastrukturlarını məhvetmək üçün hər hansı bir cinayətdən çəkinmirlər. 

 

Ərdəbil imamcüməsi açıqlamışdır: onların şum hədəfləri üçün Al-Səud və vahabilik ən yararlı alətdir. Çünki onlar vahabilərdən başqa hamını müşrik və qanıhalal bilirlər. Öldürdükcə daha çox savab aparma hissi keçirir və vicdan əzabı duymurlar.

 

O demişdir: vahabilik zahirən islami görsənən yeganə qruplaşmadır ki, hədəfin vasitəni əsaslandırmasına inanır və həmin inama əsasən bəşəriyyətə qarşı ən böyük cinayətləri törədirlər.

 

Əyalətin xibrələr məclisindəki deputatı Al-Səud və Türkiyə dövlətinin Amerikadan Suriya və Yəməndə müdaxilə etməyini istəməsini tənqid etmiş və Amerikanın Suriya və Yəmənə etdiyi son hücumlardan irəli gələn itkilərin məsuliyyətini bu iki ölkəyə aid etmişdir.

 

Ayətullah Amili Mosulun azadlığına dair geniş miqyaslı mənfi təbliğatlara işarə edərək demişdir: Həşdüşşəbidə üzv olan 20 min sünni könüllüləri bu əməliyyatda iştirak edir və İraq dövlətinin bəyaniyyəsinə əsasən region azad edildikdən sonra dövlət qüvvələrindən başqa heç bir qüvvənin Mosula girmək haqqı yoxdur.

 

Qeyd etmək lazımdır ki, son vaxtlar Ərdoğan İŞİD-ə yardım etmək Türk, Ərəb və sionist casuslarını xəlas etmək üçün şiələrin Mosulda müdaxilə etməməsini istəmişdi.



Ərəbistan və Türkiyə regionda tökülən qanlara cavabdeh olmalıdır
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:17 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap