İraq: Mosul məsələsində Türkiyəylə razılaşdığımız doğru deyil
Posted on : Digər sahələr 10/16/2017 1:00:17 PM
İraqlı bir hökumət rəsmisi ABŞ müdafiə naziri Eşton Karterin, "Türkiyə və İraq Mosul əməliyyatı barədə prinsipcə razılaşdı",- açıqlamasının doğru olmadığını deyib.
Adının açıqlanmaması şərtiylə BBC-yə
danışan İraqlı bir səlahiyyətli Türkiyənin Mosul əməliyyatına qoşulmasını istəmədiklərini
bildirib. Razılıq iddiasının doğru olmadığını və "Mosulun azad edilməsində
Türkiyəyə bir rol düşmədiyini" qeyd edən səlahiyyətli bunları deyib:
"Türkiyədən gözlədiyimiz İŞİD
terroruna qarşı müharibədə İraqın yanında olması, İraqın suverenliyini
pozmaması, qonşuluq əlaqələrinə hörmət göstərməsi və Mosul və ya başqa bir yerdəki
İraq xalqının birliyini təhdid etməməsidir."
ABŞ müdafiə naziri Eşton Karter Ankarada
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binali Yıldırım və müdafiə
naziri Fikri İşıqla keçirdiyi görüşlərin ardınca jurnalistlərə Türkiyənin,
Mosulun İŞİD-dən azad edilməsi əməliyyatına qoşulması barədə prinsipcə
anlaşıldığını açıqlamışdı. Türkiyənin Mosulun İŞİD-dən xilas edilməsində rol
almasının lazımlı olduğunu ifadə edən Karter, lakin bu məsələ ilə bağlı son qərarı
İraq rəhbərliyinin razılığından asılı olduğunu bildirmişdi./ İslamazeri