2 məntəqə, magistral yol və neft buruqları İŞİD-dən azad edildi
Posted on : Digər sahələr 10/16/2017 1:00:17 PM
İraq ordusunun Mosula doğru uğurları davam edir.
“Mehr”-ə istinadən verdiyi xəbərə əsasən, İraq qüvvələrinin Mosul əməliyyatında
qazandıqları uğurlar davam edir.
İraq ordusu Mosul şəhərində yerləşən 6 neft buruğunu ələ keçirib.
Bundan əlavə Mosul-Bağdad magistral yolu da İŞİD terrorçularından
tamamilə təmizlənib.
Mosulda olan Təl-Təyyibə və Dəvizat kəndləri də terrorçuların nəzarətindən
azad olunublar.
Mosul şəhərinin cənubunda baş verən qarşıdurmalar zamanı 220
terrorçunun öldürüldüyü bildirilib./ İslamazeri