header

 Azərbaycanda siyasi məhbusların 120 nəfəri islamçıdır

Azərbaycan Respublikasında 166 siyasi məhbusun 120 nəfəri islamçı fəallardır.

Kontakt.az saytının məlumatına görə, Azərbaycanın insan haqları fəalları qurumları tərəfindən yayımlanan siyasi məhbusların yeni siyahısına əsasən, siyasi məhbusların 42 nəfəri Azərbaycan İslam Partiyasının üzvü və 78 nəfəri də Nardaran qəsəbəsində şübhəli hadisələrlə bağlı olanlardır.

 

Son hesabatda bir neçə tanınmış dini ekspert və ilahiyyatçı, o cümlədən Elşən Mustafaoğlu və Abgül Süleymanovun adlarına rast gəlinir.

 

9 şair, jurnalist və internet fəalı, həmçinin AXCP-nin 11 üzvü həmin siyahıda qeyd olunub.

 

Yenilərdə Azərbaycan Respublikasında fəal olan bir neçə insan haqları təşkilatı, o cümlədən Sülh və Demokratiya İnstitutu və Siyasi Məhbusların Hüquqlarına Nəzarət qurumu siyahı yayımlayaraq bu ölkədə azı 166 siyasi məhbusun olduğunu bildirib.

 

Halbuki Azərbaycan Respublikası rəsmiləri belə hesabatları rədd etməklə onun məqsədyönlü və reallığı əks etdirmədiyini bildirirlər.

Azərbaycan Respublikasında 166 siyasi məhbusun 120 nəfəri islamçı fəallardır.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:17 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap