Tehranın müvəqqəti imam cüməsi: Ali-Səud zəmanənin Bəni Üməyyəsidir
Posted on : iran 10/16/2017 1:00:17 PM
Höccətülislam Kazım Sədiqi Ali-Səudu zəmanənin Bəni Üməyyəsi adlandırdı.
Tehranın müvəqqəti imam cüməsi höccətülislam
Kazım Sədiqi bu gün Tehranda ibadi-siyasi cümə namazı xütbələrində Bəni Üməyyənin
ən böyük cinayətini 6 aylıq bir uşağın boğazını ox ilə hədəfə alması adlandırıb
və bunun heç bir əqli, ictimai, hərbi və ya ənənəvi qaydaya sığmadığını deyərək,
əlavə edib: Bu gün də Ali-Səud zəmanənin Hərmələsi, Bəni Üməyyəsi, Ali-Hərbi və
Ali-Süfyanıdır. Və Yəməndə uşaqları öldürür. Zəmanəmizin Əbu Cəhli isə böyük
şeytan olan hiyləgər və zalım Amerikadır. Buna görə də uşaq qatili olan Ərəbistan
və İsrail bu böyük şeytanın təcəllisi sayılır.
Tehranın müvəqqəti imam cüməsi İslam
İnqilabını İmam Hüseyn(ə) Kərbəlasının davamı adlandırıb və deyib: Bu gün Aşura
bayrağı onun həqiqi sahibini gözləyən Vəli Fəqihimizin əlindədir.
Tehranın müvəqqəti imam cüməsi Ali-Səudun
Sənada 140 nəfəri öldürməsi və yüzlərlə nəfəri yaralamasına işarə edib və
deyib: Bu qorxunc cinayət insan haqları iddiaçılarının gözləri önündə baş verdi
və BMT-nin rüsvayçı və ləyaqətsiz baş katibi Ali-Səudun cinayətlərinə göz yumdu.
Çünki, Ərəbistanı uşaq qatili elan etdiyi zaman rüşvət alaraq, öz sözündən
döndü. Biz onlara ümid bəsləməməliyik. Biz inkişaf və müstəqillik yolunu davam
etdirməliyik.