Azərbaycan və Venesuela arasında sənədlər imzalanıb
Posted on : qafqaz 10/16/2017 1:00:17 PM
Bu gün məhdud tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Venesuela sənədlərinin imzalanması mərasimi olub.
Azərbaycan
Respublikası Prezidentinin və Venesuela Bolivar Respublikası Prezidentinin Birgə
Bəyanatını Azərbaycan Prezidenti İlham Əliyev və Venesuela Prezidenti Nikolas
Maduro imzalayıblar.
“Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi ilə Venesuela Bolivar Respublikasının
Xarici İşlər üzrə Xalq Hakimiyyəti Nazirliyi arasında siyası məsləhətləşmələr
mexanizminin yaradılması haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici
işlər naziri Elmar Məmmədyarov və Venesuelanın xarici işlər üzrə xalq hakimiyyəti
naziri Delsi Rodrigez Qomes imzalayıblar.
“Azərbaycan
Respublikası Hökuməti ilə Venesuela Bolivar Respublikası Hökuməti arasında
diplomatik, xidməti və rəsmi pasportlara malik şəxslərin viza tələbindən azad
edilməsi haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və
Venesuelanın xarici işlər üzrə xalq hakimiyyəti naziri Delsi Rodrigez Qomes
imzalayıblar./ FaktXəbər