header

 Bakı dövləti şiələri nə cür sıradan çıxarır/ Əbaəbdillaha əzadarlıq edə bilməyən şiələr

Bakı dövləti şiələri nə cür sıradan çıxarır/ Əbaəbdillaha əzadarlıq edə bilməyən şiələr

Tashaio.com xəbər verir ki, Bakı dövlətinin mürəkkəb xarakterli dəsisələrinin həyata keçirilməsinin birinci hissəsi, Nardaranın Bibi Rəhimənin mütəhhər hərəmində Aşura yığıncağının keçirilməməsi rayon tarixində ilk hadisədir.

 

Azərbaycan respublikasının 75 faizini təşkil edən şiələri, eləcə də bütün ölkələrin və şiə mərkəzlərinin şiələrini düşündürən bir mövzudur.

2015-ci il 26 noyabrda (Ərbəin ərəfəsində) Nardaranda keçirilən əzadarlıq yığıncağının terrorçuluğa qarşı mübarizə bəhanəsilə hücuma məruz qalması ilə eyni zamana təsadüf etməsi sionizmin təsiri altında olan, əslində də siyasi sionist rejimi kimi qiymətləndirilən Azərbaycan respublikası laik-sekulyar hakimiyyəti  Nardarandan və digər rayonlardan Aşura mədəniyyətinin kökünü kəsmək qərarına gəlmişdir. Xüsusilə nəzərə almalıyıq ki, əzadarlıq məclisinə yürüşdən bir həftə əvvəl və Ərbəin yetişməmiş, daha doğrusu 2015-ci il dekabrın 1-dən etibarən Bakı mediyası daxili işlər nazirliyinin daxili qoşunlarının və təhlükəsizlik qüvvələrini Nardarana doğru hərəkətinə dair xüsusi təsvirlər yayımladılar. Azı 10 min nəfər hərbi qüvvə Nardaranda yerləşdirildi və imam Rizanın əziz bacısının türbəsinə ziyarətə gəlməni yasaq etmək üçün qəsəbəyə gəl-gedə qadağa qoyuldu. Hərbi qüvvələr sürətlə divarlara yerləşdirilmiş əza bayraqlarını, hədis, ayə, dini-etik şüarları və digər din və məzhəb göstəricilərini və Bibi Rəhimə hərəminin qapısındakı Allah gerbini qoparıb aradan apardılar. İŞİD-çilər kimi ayaq altına atıb ayaqladılar. Sionistlər kimi camaata atəş açdılar və bu təsvirləri Bakı kanallarından yayımladılar. Xalqın hərimi və mənəvi varlığına olan bu təcavüz əslində Azərbaycan respublikası dövlətinin Nardaranın məhərrəlikdəki yığıncağından sonra təhlükəsizlik, siyasi, mediya və polis əməliyyatının yüksək zirvəsi idi. Əslində Qafqazın mühüm şiə mərkəzlərindən biri olan Nardarana yürüşdən sonra Azərbaycan respublikasının sekular dövləti təhlükəsizlik, polis, təbliğat siyasi və diplomatik sahələrdə müxtəlif tədbirlər keçirməklə öz aləmində imam Hüseyn aparatına qarşı çıxmaq və bu qəsəbədə Aşura mədəniyyətini qurutmaq istədi.

 

Bu təşəbbüsləri aşağıdakı kimi ümumiləşdirmək olar:

 

Polis- təhlükəsizlik təşəbbüsləri:

 

1-26 noyabr Hüseyn əzadarlığı məclisində dörd nəfər şiə şəxsiyyətlərinin yersiz, gülünc və köhnəlmiş bəhanə olan ekstremizmə qarşı mübarizə adı ilə şəhid olması.

 

2- dindarların, o cümlədən islam birliyi hərəkatın rəhbəri (Aəzbaycanın şeyx Nüməri adı ilə tanınan) höccətülislam Taleh Bağırzadənin və onlarla Nardaran, Lənkəran, Gəncə və digər rayonların şiə dindarların geniş miqyasda yaxalanması

 

3- «Bandotdel» təcridxanasında (Azərbaycanın ağır cinayətlərə qarşı mübarizə idarəsinə aid qorxulu təcridxanası) orta əsr sayağı anti-etik işkəncələrin tətbiq edilməsi 

 

4- Nardaran protokoluna aid yaxalananların təqiblərə, hədəqorxuya və əzab əziyyətlərə məruz qalması

 

5- Nardaran əzadarlıq mərasiminin şəhidlərinin meyitlərinin ailələrinə verilməməsi

 

6- bu şəhidlərin təhlükəsizlik qüvvələri tərəfindən Nardaranın köhnə qəbiristanlığında dəfn edilib, uzun müddət nəzarətdə saxlanılması və onlara fatihə verilməsinin qaşısının alınması.

 

7- rayon əhalisinin iqtisadi blokadaya alınması, su və qazı kəsməklə əhaliyə təzyiq göstərilməsi.

 

8- Nardaranın giriş və çıxışında daimi hərbi postların yerləşdirilməsi.

 

9- Nardaran mənzillərində necə deyərlər silah-sursat axtarışının daimi xarakter alması, həyətlərdə yer altından silah aşkarlanmasına dair saxta əməliyyat.

 

10- Nardaranda yaxalananların dosiyasının təkmilləşdirilməsi bəhanəsilə mühəkəmədən öncəki müddətin dəfələrlə və qeyri-qanuni uzadılması.

 

11- Nardaran mövzusuna diqqət yetirən sosial şəbəkə istifadəçilərinin izlənilib yaxalanması.

 

12- aylarla istintaq vəhşi işkəncələrdən sonra nəhayət yaxalananların göstərişli məhkəməsinin başlanılması.

 

13- məhkəmədə müdafiə zamanı ifşaedici çıxışlarına görə təcridxanada işkənyə məruz qoyulması.

 

14- məhkəmə prosesində müttəhimlərin yeri gəldikdə «باندوتدل» təcridxanasına qaytarılması.

 

15- «Bandotdel» məmurlarının yeri gəldikdə yaxalananların evlərinə müraciət edib dəhşət yaratmaları.

 

16- küçələri genişləndirib mərəmmət etmə bəhanəsilə Nardaranın Sahibəzzaman adına elmi hövzəsinin təxrib edilməsi.

 

17- yeni idarə heyətinin təşkili, rəsmi qeydiyyatdan keçmə və lisenziya almaq bəhanəsilə Nardaran məscidəlinin fəaliyyətinin dayandırılması!

 

18- Qafqaz müsəlmanları idarəsinin tərəfindən Bibi Rəhimə ziyarətgahı üçün yeni idarə heyətinin təşkili. Həm də bunu elan etmək ki, həmin idarə digər məscidlərin idarə olunması üçün qərar qəbul edəcəkdir.

 

19- son bir il ərzində milli təhlükəsizlik nazirinin daimi nümayəndəliyinin, polis idarəsinin, fövqəladə hallar nazirliyinin və prezidentliyə aid bilik fondunun Nardaranda yaradılması.

Bakı dövləti şiələri nə cür sıradan çıxarır/ Əbaəbdillaha əzadarlıq edə bilməyən şiələr
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:17 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap