Elşad Mirinin “Ya Əli” dərdinə dərman
Posted on : Digər sahələr 10/16/2017 1:00:17 PM
İllərdi apardığı təbliğatla öz qərəzli mövqeyini ortaya qoyan Elşad Miri bu dəfə də "Ya Əli" xitabını özünə problem edib. Onun bu iradına cavab olaraq İslamınSesi sizə əhəmiyyətli yazını təqdim edir.
"Elşad
Mirinin Türkiyədə tv proqramların birində çıxışını gördüm. Bu insanın
sanki şiəlikdən başqa problemi yoxdur. Elşad Miri bildirir ki, şiələr
harda olurlarsa olsunlar: istər Azərbaycanda, istər Yaponiyada, hətta
Amerikada olsalar belə "Ya Əli" deyirlər. Bununla şiələr
Hz.Əlini Allah səviyyəsinə qaldırmış olurlar.
Görünür,
bu insanın Allah barəsində təsəvvürü o qədər səthidir ki, əgər bir
nəfər hər şeyi eşitsə, deməli, o da Allah olacaq. İndi özlüyündə fikirləşir
ki, yaman dəlil tapmışam və bununla bütün şiələri susduracam....
Nə isə, keçək
iradın cavabına, Elşad Miriyə bildirmək istəyirəm ki, eyni anda fərqli məkanlarda
deyilən səsləri və müraciətləri eşitmək heç də insanı Allah etməz. Nümunə
olaraq burada sadəcə bir hədis qeyd etməklə kifayətlənirəm:
1) Əhməd ibn Hənbəl
Müsnədində belə bir hədis nəql edir:
عن ابي هريرة قال: قال رسول الله (ص):
حيثما كنتم فصلوا علي فان صلاتكم تبلغني
Əbu Hureyrə
Peyğəmbərin (s) belə dediyini nəql edir: "Harda olsanız mənə salavat
deyin, çünki sizin salavatlarınız mənə çatır..." (Müsnəd, Əhməd ibn Hənbəl,
8449-cu hədis)
Əl-Mənavi bu hədisi
qeyd etdikdən sonra hədisi belə şərh edir: "Çünki qüdsi nəfslər (ruhlar) bədənin
bağlılığından azad olduqdan sonra yüksələrək mələklər aləminə (əl-Mələul Ə'la)
birləşirlər, bundan sonra arada heç bir maneə qalmır və onlar hər şeyi ya özləri
müşahidə etməklə ya da mələklərin xəbər verməsi ilə görürlər..." (Feyzul-Qədir,
Əl-Mənavi, cild 3, səh 530..)
Hədisi Əhməd
ibn Hənbəldən başqa Əbdur-Rəzzaq əs-Sənani (əl-Musənnəf, cild 3, səh 71 və
577), ibn Əbi Şeybə Əl-Kufi (əl-Musənnəf, cild 2, səh 267 və 269), Təbərani (əl-Mucəmul
əvsət, cild 1, səh 117, əl-Mucəmul-Kəbir, babul-ha), ibn Kəsir təfsirində (cild
3, səh 522-523), İbn Əsakir tarixində (cild 13, səh 61-62) və digərləri nəql
etmişdir.
Məşhur Sələfi
alimi Albani "Əhkamul-cənaiz" adlı kitabında səh 219-da bu hədis barəsində
belə deyir: "Əbu Davud (1, 319) və Əhməd (2, 367) həsən sənədlə bu hədisi
qeyd ediblər, sənəd Müslimin şərtinə uyğundur, hədisin əlavə yolları və şahidləri
olduğu üçün səhihdir..."
Gördüyünüz kimi
hədisin mötəbərliyində şübhə yoxdur, xüsusən Albani kimi hədis mütəxəssisinin
bunu təsdiqləməsindən sonra, indi Elşad Miriyə sualım budur: "Peyğəmbər
(s) deyir harda olsanız mənə salavat göndərin, çünki, sizin salavatlarınız mənə
yetişir." Biri Amerikadan, o biri Yaponiyadan, biri də lap Marsdan salavat
göndərsə mütləq peyğəmbər(s) onu eşidəcək, indi peyğəmbər(s) Allah oldu?
Yoxsa son çarə
olaraq hədisi inkar edək?
Axı, bu hədis o
qədər çoxlu yollarla nəql olunub ki, inkar etmək mümkün deyil, deməli Mənavinin
də hədisi şərh etdiyi kimi məhdudiyyət yalnız bu dünyaya aiddir və insan, bu
dünyanı tərk etdikdən sonra düyünlər qırılır və artıq hər şeyi müşahidə etməyə
başlayır. Deməli, Elşad Mirinin bu iradı adəti üzrə savadsızlığından
qaynaqlanan bir məsələdir və bu şəxsin İslamdan anlayışı çox səthidir...
Sonda Elşad
Miriyə tövsiyəmiz budur ki, bir mövzuda irad bildirmədən öncə məsələni yaxşı
araşdırsın, birdəki Türkiyədə də olsa çalışsın öz dilində danışmağı öyrənsin..."
İlahiyyatçı
alim Təbriz Nəcəfi