Azərbaycanda həbslər artıb- Human Rights Watch
Posted on : qafqaz 10/16/2017 1:00:16 PM
Azərbaycan Respublikasında ictimai fəalların həbsi artıb. Bunu ABŞ mənzilli beynəlxalq insan haqları təşkilatı HRW - Human Rights Watch son hesabatında deyir.
Human Rights Watch deyir ki, Azərbaycanda
narazılıq güclənib. Devalvasiya, inflyasiya, referendum. Bunlar camaatı narazı
salıb. Hesabata görə, il girəndən 20 siyasi fəal həbs olunub.
Human Rights Watch daha sonra deyir
ki, Nardaranda, hökuməti tənqid edən 68 nəfəri həbs eləyiblər. Müsəlman
Birliyinin sədri Taleh Bağırovu, başqa 17 nəfəri dövlət çevrilişinə cəhddə,
qanunsuz silah saxlamaqda, çevrilişə cəhddə günahlandırırlar. Azərbaycan hökuməti
bu tutulanların hamısının hansısa qanunu pozduğunu deyir.
Azərbaycan Respublikası
parlamentinin İnsan haqları komitəsinin üzvü, YAP-çı deputat Hikmət Məmmədov
reaksiya olaraq bildirib ki, “Azərbaycanda siyasi məhbus yoxdur. Ona görə
“Human Rights Watch”un çağırışı da yerində deyil”.