“Nə qədər ki, müsəlmanların Hüseyni (ə) var, heç kəs onlara nüfuz etmək qüdrətinə malik ola bilməz...”
Posted on : Aşura 10/16/2017 1:00:16 PM
Aşura hadisəsinin əzəməti o qədər böyükdür ki, bir çox dünya mütəfəkkirləri onun haqqında öz fikirlərini bildirmişdilər.
Aşura hadisəsinin
əzəməti o qədər böyükdür ki, bir çox dünya mütəfəkkirləri onun haqqında öz
fikirlərini bildirmişdilər.
Əllamə Əlayi
(misirli yazıçı).
“Hər bir millətin
tarixi – onun dahilərinin tarixidir. O millətin ki, dahisi və böyük insanı
yoxdur, dəyərli tarixə malik deyildir deməkdir. Biz Hüseyni (ə) tarixin dahi
insanı kimi tanıyırıq. O, nəinki öz millətinin tarixinin böyük insandır, bütün
dünya tarixinin dahisidir. Hər bir kəsi öz əzəməti ilə kiçiltdi və öz şəxsiyyətini
onların hamısından üstün etdi. Bu, qəribə deyildir. Çünki tarixdə tanınmış
böyük insanların əksər hissəsi elmləri və torpaqda fəaliyyətləri ilə
tanınmışdılar. Ancaq Hüseyn (ə) öz canını fəda etdi...”.
Doktor Taha
Hüseyn (misirli alim).
“İbni Ziyad elə
bilirdi ki, Hüseyni (ə) öldürərək fitnənin kökünü bərkidəcək və Əhli-beyt (ə)
davamçılarını ümidsiz edəcəkdir. Bu yolla onlar öz hədəflərindən əl çəkəcəklər.
Boyun əymək istəmədikləri şeyə boyun əyəcəklər. İbni Ziyad fitnəni daha da
alovlandırdı və onun bu pis işi başqa pis işlərə yol açdı. Qanlar töküldü,
qadınlara və uşaqlara işgəncələr verildi. Ancaq İbni Ziyad gözlədiyi nəticəni
ala bilmədi”.
Marvin (alman
alimi).
“İmam Hüseyn
ibn Əli (ə) Peyğəmbərin (s) əziz qızı Fatimədən (ə) dünyaya gəlmişdi. Tək
insandır ki, o zəmanənin zülmünə qarşı çıxmışdır. O, elə bir siyasətçi bir
insan idi ki, indiyə qədər heç kəs bu cür təsirli siyasət göstərə bilməmişdir.
Hüseyn (ə) öz şüarında deyirdi: “Mən haqq və həqiqət yolunda öldürüləcəyəm.
Haqsıza əl verməyəcəyəm””.
Venistan
(amerikalı alim).
“Müsəlmanın üç
qalarlı şeyi vardır: tilavət olunan Quranı, Kəbəsi ki, həmrəylik və vəhdət
yaradar, Hüseyn (ə) ki, yada salınar və ondan ilham alınar. Nə qədər ki, bunlar
var – heç kəs onlara nüfuz etmək qüdrətinə malik ola bilməz”. (Erfan)/deyerler