header

 Səudiyyənin İraqda İŞİD-in yerinə nəzərdə tutduğu alternativi - Nəqşibəndi ordusu

İraqda "İŞİD" terror təşkilatının son hərbi mərkəzi olan Mosulun azad edilməsi əməliyyatlarının başlamasından sonra dərhal, Bəəs-in (Səddam Hüseynin hakim partiyası) keçmiş liderlərindən olan İzzət Əl-Duri rəhbərliyindəki Nəqşibəndi ordusu yenidən medianın gündəminə gəlib.

Bu, xüsusilə Səudiyyə tərəfindən sözügedən qrupun İŞİD-ə alternativ olaraq göstərilməyə çalışıldığını göstərir.

Eynilə İraqın Ramadi və Fəlluca şəhərlərində olduğu kimi, yenə Mosulda daxili bir inqilabdan danışılır. Keçən il fevral ayında yerli mətbuat Əl-Ənbar əyalətinin mərkəzi olan Ramadi şəhərində İŞİD-ə qarşı tayfa inqilablarının meydana gələcəyi xəbərlərini yaymışdı.

Bu məlumatlar İraq ordusu tərəfindən şəhərin İŞİD terrorçularından azad edilməsi üçün böyük əməliyyata başlaması ilə eyni zamanda dərc edilib. Bu şəkildə bir neçə gün ərzində tayfaların inqilab edəcəyi xəbərləri gəzdi və bu məlumatlar yayımlananda hər kəs bu şəhərdə azad etmə əməliyyatları başlayanda Ramadi sakinlərinin yalnız 5 faizinin şəhərdə olduğunu bilirdi.

Keçən ilin may ayında da yerli mətbuat yenə geniş şəkildə Fəlluca əhalisinin İŞİD-ə qarşı ayağa qalxdığı xəbərlərinə yer verdi. Bu xəbərlər də İraq qüvvələrinin bu şəhəri azad etmə əməliyyatlarına başlaması ilə eyni zamanda dərc olundu, amma şəhərin sakinlərindən bir çoxunun öldürülməsinə baxmayaraq heç vaxt belə bir hadisə olmadı.

 

Yuxarıda deyilənlərə uyğun olaraq bazar ertəsi günü səhər saatlarında Mosulu azad etmə əməliyyatlarının başlaması ilə birlikdə, hər zamankı kimi İraq diktatoru Səddam Hüseynin müşaviri İzzət Əl-Duriyə bağlı olan və özünü Nəqşibəndi Ordusu kimi tanıtdıran qruplaşma tərəfindən silahlı qruplara istinadla bəyanat dərc olunub. Bəyanatda Nəqşibəndi ordusunun Mosulda İŞİD-ə qarşı qiyam etməyi qərara aldıqları bildirilir. "Haşd uş-Şabi" xalq səfərbə q qüvvələrinin (könqllü şiə briqadalarının) İranın dəstəyi altında məzhəbi qrup olduğunu bildirilir və hərəkətləri haqqında xəbərdarlıq edilir. Bəyanatda, həmçinin, Mosuldakı azad etmə əməliyyatlarının başladığı gündən bəri Nəqşibəndi orusunun Mosulda İŞİD yerləşən mövqelərinə onlarla hücum təşkil edildiyi, bu hücumlarda bir çox terrorçunun öldürdüyü iddia edilir.

Nəqşibəndi ordusunun Səudiyyə tərəfindən iŞİD-ə alternativ kimi gətirilməsinin keçmişi

 

Meydana gətirilən bu iddialara baxmayaraq, Əl-Əxbar (Livanın qəzeti) qəzetinin bölgə sakinləri ilə keçirdiyi görüşlər və müsahibələr belə bir əməliyyatın baş verdiyini inkar edir. Mövzu ilə əlaqədar olaraq İraqın siyasi məsələlər analitiki İbrahim Əl-Samidi bunları bildirib:

"İŞİD 2014-cü ildə Mosulda nəzarəti ələ keçirdikdən sonra, Nəqşibəndi ordusunun da aralarında olduğu bütün silahlı qruplar zərərsizləşdirdi. Nəqşibəndi ordusu adlandırılan qrup, dağıdılan Bəəs Partiyası ilə əlaqəlidir. 2003-cü ildən sonra Ramadi, Fəlluca və Mosulda Amerikalı işğalçılara qarşı fəaliyyətləri görülüb.

Bu qrupun nümayəndələri açıq şəkildə sonuncu dəfə 2013-ci ildə Nuri Əl-Malikinin siyasətlərini etiraz etmək üçün Anbarda oturaraq etiraz aksiyası keçirəndə görülmüşdülər.

 

2014-cü ilin iyun ayınadək və Mosulun işğalına qədər Nəqşibəndi ordusunun ad-sanı belə yox idi, ta ki, dağıdılan Bəəs Partiyasına bağlı mətbuat orqanları bu qrupun İŞİD-lə birlikdə Mosulun işğal edilməsi əməliyyatlarına iştirak etdiyi yönündə xəbərlər dərc etdirənə qədər.

Bir neçə həftə sonra yerli qaynaqlar, İŞİD-in Huvaycada bəzi binalarda Nəqşibəndi bayraqlarının əsli görməsilə, bu qrupun liderlərindən və nümayəndələrindən bəzilərini açıq şəkildə edam etdiyini açıqladı".

İraq Təhlükəsizlik Məsələləri Eksperti Hişam Əl-Haşimi də məsələ ilə bağlı olaraq açıqlamalar verib:

 

"Nəqşibəndi qrupunun üzvləri dini və inanc keçmişi olan insanlardan ibarətdir. Mosulun işğal edilməsindən sonra İŞİD, bu qrupdan radikal insanları cəlb etdi və mülayim olanları da edam etdi. Bu səbəbdən bu qrupun xarici bir varlığı yoxdur. Bununla yanaşı o tarixdən indiyə qədər bu qrup haqqında heç bir xəbər eşidilməyib.

 

Görəsən, Nəqşibəndi ordusu Mosulda uğurlu olacaqmı?

Səlahiyyətli mənbələr, bu qrupun Mosulda yenidən ortaya çıxması və Mosulda yaranan siyasi fürsətlər arasında birbaşa əlaqə olduğunu qeyd edirlər. Onların ifadəsinə görə, müxtəlif tərəflər, Mosulun azad edilməsindən sonra bu şəhərdə bir yer tutmağa çalışırlar və bu, Nəqşibəndi qrupunun yenidən gündəmə gəlməsinin səbəblərindən biri ola bilər.

Hişam Əl-Haşimi, Ramadi və Fəllucada İŞİD-Ə Qarşı qiyam məsələsinin əslində bu şəhərin sakinlərini iŞİD-ə qarşı qiyam etməyə cəsarətləndirmək və İraq ordusunun mənəviyyatını və psixologiyasını yaxşılaşdırmaq üçün şəhər kənarındakı tərəflər tərəfindən keçirildiyinə inanır.

Bu baxımdan Ərəb nəşrlərindən biri İzzət Əl-Duri ilə sual-cavab şəklində müsahibə yayımlayıB. Nəşr, Əl-Durinin itdiyi və Ərəbistanda olduğu günlərdən sonra, İraqın təhlükəsizlik və siyasət sahəsinə yenidən qayıtmasını gündəmə gətirərək, onun İraqda siyasi cəhətdən mövcudluğuna şərait yaratmağa çalışdı.

Hər nə qədər Əl-Qaidə və terror qrupları, sufiləri mürtəd olaraq görsələr də iki qrupun İraqdakı münasibəti çox səmimidir. Bəziləri Nəqşibəndi ordusunun Bəəs ordu liderlərindən Əbdürrəhman Nəqşibəndi adlı bir şəxs tərəfindən İraqın Diyalia şəhərində 2003-ci ildə yaradıldığına inanır. Və bəziləri də bu qrupun 2006-cı ildə yarandığını və Səddam Hüseynin edamından sonra qurulduğunu qeyd edirlər. 2009-cu ildə və ABŞ ordusunun İraqdan çıxacağı günlərdə, amerikalılar Nəqşibəndi ordusunun dağıdılan Baas Partiyasının hərbi bir qolu olduğu və Səddamın keçmiş ordu sərkərdələrini cəlb etmək üçün çox şansı olduğuna əmin oldular.

İzzət İbrahim Əl-Duri, 2003-cü ildəki ABŞ işğalına qədər İraq İnqilabi Komandanlıq Şurası sədrinin müavini vəzifəsində işləyıb. İraq İnqilabi Komandanlıq Şurası və İraq prezidentinin müavini olaraq Səddam Hüseynə ən yaxın adlardan biri olan İzzət İbrahim Əl-Duri, rejimin ikinci adamı olub 2006-cı ildə Səddam Hüseynin edam edilməsindən sonra Baas Partiyasının lideri sayılır və hələ də həbs olunmayıb. /
islaminsesi

 

 

İraqda "İŞİD" terror təşkilatının son hərbi mərkəzi olan Mosulun azad edilməsi əməliyyatlarının başlamasından sonra dərhal, Bəəs-in (Səddam Hüseynin hakim partiyası) keçmiş liderlərindən olan İzzət Əl-Duri rəhbərliyindəki Nəqşibəndi ordusu yenidən medianın gündəminə gəlib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:16 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap