header

 "Hərbi cinayətləri barədə susulması üçün Səudlar Qərbi satın alıb"

Sabiq bəhreynli deputat Cəlal Firuz regionda Səud təcavüzünə qarşı Qərbin susqunluğunu tənqid edib

Sabiq bəhreynli deputat Cəlal Firuz  regionda Səud təcavüzünə qarşı Qərbin susqunluğunu tənqid edib. Onun sözlərinə görə, hərbi cinayətləri barədə susulması üçün səud rejimi Qərb hökumətlərini  satın alıb.

 

Cəlal Firuz bildirib: "Səudların İslam dünyasında baş verən bütün terror aktlarında iştirak etdiyi, həmçinin  terror təşkilatlarını dəstəklədiyi barədə bu gün əlimizdə aydın dəlillər var".

 

Onun sözlərinə görə, bu sübutlar günü-gündən daha da aydınlaşır: "Səudlar bu gün İraqda İŞİD-ə qarşı mübarizə aparan və torpaqlarını terrorçulardan  təmizləmək istəyən İraq qüvvələrinə qarşı çıxırlar. Bu, onların terror dəstələrini dəstəklədiklərinə daha bir sübutdur".

 

Səudiyyə  Ərəbistanın Beynəlxalq Cinayət Məhkəməsinə cəlb edilməsi məsələsinə gəlincə isə siyasətçi deyib: "Bunun üçün bir neçə addım atılıb. Ancaq, elə bil ki, bu məhkəmə də Səudiyyə Ərəbistanı ilə yaxşı əlaqəsi olan Qərb rejimlərinin təsiri altındadır"

 

Siyasi ekspert deyib: "Yəməndəki  hərbi cinayətləri Səudiyyə Ərəbistanı törətməsəydi, BMT bunları hərbi cinayət adlandırardı və cani BCM-nə aparılardı. Lakin, təəssüf ki, hazırda Qərb Səud rejimini cani adlandırmaqdan çəkindirir".

 

Britaniya hökumətinin  bu günə kimi Səudiyyəni dəstəkləməsinə və ona silah satmasına gəldikdə isə Cəlal Firuz deyib: "Qərb rejimləri səudlara  silah satarkən, ancaq öz maliyyə maraqlarını düşünürlər. Onlar hərbi kompaniyalarının silah sata bilməsi üçün regionda böhran görmək istəyirlər. Bundan başqa onlar Səudiyyə Ərəbistanında ucuz neft alırlar, beləliklə də maliyyə cəhətdən qazanırlar".

 

Siyasətçi səudların Qərb hökumətini satın almaları ilə tanındığını vurğulayıb və bildirib ki, Almaniya, o cümlədən Qərb bütün bunları dayandırmalıdır.

 

Politoloq həmçinin bildirib ki, səudlar  İsrail rejiminn  yolu ilə gedir: "İsraillilər  Ekspansionist siyasət yürüdür və insanları qəddarcasına qətl edirlər. Səudlar da Yəməndə və Bəhreyndə insanları öldürməklə analoji addımı atırlar"

 

Xatırladaq ki, bir neçə gün öncə Londonda Səudiyyə Ərəbistanı səfirliyinin qarşısında nümayiş həyata keçirib. Aksiyaçılar Əl-Səud ailəsinin həyata keçirdiyi vəhşilik və hərbi cinayətlərə  qarşı öz qəzəblərini nümayiş ediblər. Onlar "Rədd olsun Əl-Səud ", "Uşaq qatili Əl-Saud", "diktator Əl-Səud" şüarları  səsləndirib və üzərində Yəməndə bombardman nətcəsində qətliam edilən günahsız uşaqların fotoları olan plakatlar tutmuşdular.

 

Bəhreyn, Suriya və İraq aktivistləri də  səudların  terror təşkilatlarına, xüsusən İŞİD-ə  dəstəklərinə qarşı susqunluqlarını kəskin tənqid ediblər. /FaktXəbər

Sabiq bəhreynli deputat Cəlal Firuz regionda Səud təcavüzünə qarşı Qərbin susqunluğunu tənqid edib
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:16 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap