header

 Səudiyyə və misirli alimlər “Məhəmməd Rəsulullah” filminə qadağa qoyub

Dünyaca məşhur rejissor Məcid Məcidi, son istehsaledilən Məhəmməd Rəsulullah filmilə bağlı açıqlamalar verib.

Məcid Məcidi, Məhəmməd Rasulullah adlı sonuncu filminin Səudiyyə Ərəbistanı və Misirdə qadağan olunduğunu bildirib.

 

"Məncə, Səudiyyə Ərəbistanı və Əl-Əzhər alimləri strateji səhv ediblər. Filmi izləmədən hökm verdilər. Gələcəkdə bu qərarları ilə bağlı səhv etdiklərini anlayacaqlar. Halbuki mən dəfələrlə müxtəlif müsahibələrdə onlardan filmi izləmələrini və harada necə olursa-olsun film haqqında danışmaq istədiyimi dedim. Yanaşmayıb hökmlərində qərarlı oldular və israr etdilər"

 

Filmdə Həzrət Məhəmmədin (s) uşaqlıq və gənclik illərini anladan dünya şöhrətli iranlı rejissor, təmsillə bağlı tənqidlərə cavab verib.

 

"Başlanğıcda siz Peyğəmbərin(s) üzünü göstərmişdiniz dedilər. Biz heç vaxt üzünü göstərməmişdik ancaq Peyğəmbəri(s) fiziki olaraq arxasından göstərdik. Təbii ki, filmdə, sadəcə Peyğəmbərin(s) uşaqlığı və yetkinlik dövrü var. Bu cavabımızı eşidəndə , "Xeyr, Peyğəmbər(s) fiziki cəhətdən də göstərilə bilməz dedilər. Onların sözləri əslində dini əsaslara uyğun gəlmir. Heç bir yerdə və heç bir mənbədə Peyğəmbərin(s) üzünün göstərilməsi və onun fiziki qamətinin göstərilməsi qadağan olunmayıb. Şübhəsiz, bu bəhanə və səbəblər siyasidir. Və dini əsasa görə formalaşmamışdır".

 

Məcidi, qadağa ilə əlaqədar olaraq Mustafa Akkadın məşhur "Çağırış" filmini misal çəkib: "Qarşıdakı illərdə bu filmi müsəlmanlar və qeyri-müsəlmanlar izləyəcəklər. Səudiyyə Ərəbistanı və Əl-Əzhər alimlərinin qarşısında böyük bir sual var. Keçmişdə Mustafa Akkadın "Çağırış" filmi qadağan olunmuşdu. İki ilə qədər göstərilmədi. Daha sonra həm müsəlmanlar filmi sevmiş, həm də Qərbdə göstərilmişdi".

Dünyaca məşhur rejissor Məcid Məcidi, son istehsaledilən Məhəmməd Rəsulullah filmilə bağlı açıqlamalar verib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:16 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap