Ərdəbil ostanı ilə Azərbaycan R. arasında ticarət əlaqələrinin genişlənməsinə zəmin yaradılır
Posted on : qafqaz 10/16/2017 1:00:16 PM
İranın Ərdəbil ostanının nümayəndə heyəti Azərbaycan Respublikasına səfərinin sonuncu günündə bu ölkənin naziri ilə görüşərək, onlarla ikitərəfli həmkarlıqların inkişaf sahələrini araşdırıb.
İRİB-nin
Bakıdan verdiyi məlumata görə, İranın Ərdəbil ostanının nümayəndə heyətinə
başçılıq edərək, Azərbaycan Respublikasına səfər etmiş Ərdəbil ostandarı Məcid
Xodabəxş dünən Azərbaycan Respublikasına səfərinin dördüncü və sonuncu günündə
bu respublikanın kənd təsərrüfatı naziri, eləcə də fövqəladə hallar naziri ilə
görüşüb.
Ərdəbil
ostandarı Məcid Xodabəxş bu səfərin sonunda Bakıda müxbirlərə verdiyi müsahibədə
iki ölkə prezidentlərinin ikitərəfli əlaqələri yüksək səviyyədə genişləndirmək
üzrə əzmkarlıqlarına işarə edərək, İranın Ərdəbil ostanı ilə Azərbaycan
Respublikası arasında 370 kilometrlik müştərək sərhədin olmasına və hər gün Bləsuvar
sərhədindən min nəfərin gediş-gəliş etməsinə görə, Ərdəbil ostanının bu əlaqələrin
inkişafındakı rolunu təsirli adlandırıb.
Ərdəbil
ostandarı ötən bir neçə ay ərzində Azərbaycan Respublikasına əmtəə mal ixracatı
həcmini 57 milyard dollar elan və belə əlavə edib: Siyasi əlaqələrin genişləndirilməsi
kənarında iqtisadi əlaqələr də artırılmalıdır.
O, İranın Ərdəbil
ostanının turizm mahiyyətli olmasına əsasən, bu ostanda beş ulduzlu bir otelin
inşası istiqamətində lazımi araşdırmaların aparılması üçün Azərbaycan
Respublikasından bir qrupun həmin ostana səfər etməsinin qərara alındığını
bildirib.