header

 İŞİD başçıları Mosuldan Suriyaya tərəf qaçmağa başladı: Rusiya sərt münasibət bildirdi

Rusiyanın Baş Qərrargah rəisi: "Terrorçuları bir yerdən digər bir yerə qovmaq lazım deyil."

"Al Mayadeen" telekanalına istinadən, İŞİD terror təşkilatı silahlıları Mosul şəhərini tərk etməyə başlayıblar. Terror təşkilatının azı 100 başçısı Suriyaya yola düşüb.

 

Mosuldan qaçmış İŞİD başçılarından ibarət dəstə Suriya sərhədinə doğru hərəkət edir.

 

İraq HHQ-sinə məxsus təyyarələr Mosuldan qərbdəki hava məkanında uçmağa davam edirlər.

 

Ötən gün Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi, ordu generalı Valeriy Gerasimov terrorçuların Mosuldan qaçma ehtimalını şərh edərək bildirib ki, Rusiya Beynəlxalq Koalisiyanın "İŞİD-in rahat şəkildə yer dəyişən dəstələrinin nəticələrinin" necə olduğunu anlayacağına ümid edir. Onun sözlərinə görə "terrorçuları bir yerdən digər bir yerə qovmaq lazım deyil, onların yerindəcə məhv etmək lazımdır".

 

Xatırladaq ki, Suriya ordusu ABŞ-ı İŞİD-ə Mosulu tərk etmək üçün dəhliz təqdim etməkdə ittiham edib. General Gerasimov çərşənbə axşamı günü qeyd etmişdi ki, Rusiya İŞİD terrorçularının İraqdan Suriyaya qaçacağı halda hərbi və siyasi qərarların qəbul edilməsinə hazırdır./ İslaminSesi

Rusiyanın Baş Qərrargah rəisi: "Terrorçuları bir yerdən digər bir yerə qovmaq lazım deyil."
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:16 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap