header

 Haram tikə, Aşura faciəsinin başlanğıcı

Əgər şəhərlər süqut etsə bu elə də narahatedici deyil, onu yenidən bərpa etmək olar. Ehtiyatlı olun ki, imanınız süqut etməsin. Yoxsa bir haram tikə belə sizi İmam qatilinə çevirər.

Aşura günündə İmam Hüseynin qarşısında duran onun əhli-əyalını muhasirəyə alıb onları susuz qoyan, sonda isə İmam və Əhli-beytini qətliam və əsir edənlərin əksəriyyəti müsəlman idilər. Onların bir çoxu namaz qılır və özlərini Allah adamı kimi də görürdülər.

 

Lakin onlar nəyə allandılar. Onların başında gedən Ömər Səd o qədər haram yemişdi ki, son arzusu da Rey hakimiyyətini əldə etmək idi.

 

Peyğəmbər(s) buyurub ki,  hər kəs bir haram tikə yesə onun namazı 40 gün qəbul olmaz.

 

O həzrət digər bir hədisdə buyurur: “Yeyilən haram malla ibadətin bir yerdə olması qum üzərində tikilən binaya bənzəyir.

 

Belə olan halda Aşura günündə İmam Hüseynə qarşı silah qaldıranların əsas problemlərinin də haram tikə yeməkdə görmək olar. Haram tikə hər şeyin başlanğıcıdır. İnsan yediyi harama bəraət qazandıraraq, onu təkrarlayar. Bəraət qazandıraraq, ona uyğun qətllər də törədər.

 

İmam Hüseynin düşmənləri namaz qılırdılar. Onlar oruc da tuturdular. İmam Hüseyn Aşura günü söhbət etmək və onları yola gətirmək istədi. Lakin onlar hay-küy salıb İmamın danışmasına imkan vermədilər.

 

İmam buyurdu:

 

“Vay olsun sizə niyə danışmağa imkan vermirsiniz?! Mən sizi düz və hidayət yoluna çağırıram. Mənə itaət edən hidayət olar. Mənə qarşı üsyankar olan məhv olar. Sizin hamınız günahkarlarsız. Sizi yedizdiriblər (haramla). Qarınlarınız haramla doludur. Buna görə bir şey anlamırsınız. Heç bir ibadət də sizə (müsbət) təsir etmir. Haram mal sizə mənə qulaq asmağa imkan vermir.”

 

Ömər Səd Aşurada on minlərlə şəxsi Kufədən gətirmiş və onlara Ubeydullahın yığdığı beytul-maldan pul verir və yedizdirirdi. Onların hamısının gözü alacaqları ənama idi. Bu hərislik də öncədən yedikləri haram tikələrə görə idi. Haram tikə imanın məhv olmasının başlanğıcıdır.

 

Şəhid Məhəmməd Cahan-Ara belə deyib: Əgər şəhərlər süqut etsə bu elə də narahatedici deyil, onu yenidən bərpa etmək olar. Ehtiyatlı olun ki, imanınız süqut etməsin. (Yoxsa bir haram tikə belə sizi İmam qatilinə çevirər.) / İslaminSesi

Əgər şəhərlər süqut etsə bu elə də narahatedici deyil, onu yenidən bərpa etmək olar. Ehtiyatlı olun ki, imanınız süqut etməsin. Yoxsa bir haram tikə belə sizi İmam qatilinə çevirər.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:16 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap