header

 Kərbəla qatilləri seriyasından: Həkim bin Tufeyl

Kərbəla qatilləri seriyasından: Həkim bin Tufeyl

Həkim bin Tufeyl Tay Kərbəla hadisəsində Ömər bin Sədin ordusunda olub və Həzrət Abbas bin Əlinin (ə) qatillərindən, həmçinin Aşura günü İmam Hüseynin (ə) bədənini üstündən at sürmüş şəxslərdən biridir. 

 

Həyatı

 

Həkim bin Tufeyl Tay qəbiləsindən və Adiy bin Xatəm Tay ilə eyni tayfadandır. Buna görə də Muxtarın adamları tərəfindən həbs olunanda Adıy bin Xatəmdən onun üçün vasitəçi olması istənilib.

 

Anadan olması və həyatı haqqında sənədli bir məlumat yoxdur. Muxtarın qiyamında hicrətin 66-ci ilində öldürülüb. Şeyx Tusi və Əllamə Hilli onu Həzrət Əbülfəzl Abbasın (ə) qatili kimi göstərirlər. 

 

Aşura vaqiəsi

 

Həkim bin Tufeyl Aşura günü Ömər bin Sədin ordusunda xidmət edib. Həzrət Abbas bin Əliyə (ə) Fərat çayından qayıdanda xurmalıqda pusqu qurub və onun sol qolunu kəsib. Həzrətin şəhadətindən sonra da silah və paltarlarını oğurlayıb. 

 

Həkim bin Tufeyl Aşura günü əsr vaxtı Ömər bin Sədin əmri ilə İmam Hüseynin (ə) bədəninin üstündən at sürən on atlıdan biridir. Həmin atlılar Peyğəmbər balasının bütün sümüklərini sevinərək sındırıblar. 

 

Ölümü

 

Hicrətin 66-cı ilində Muxtarın əmri ilə Abdullah bin Kamil və döyüşçüləri Həkim bin Tufeyli həbs edib. Ailəsi Adiy bin Xatəmidən Həkimin bağışlanması üçün vasitəçi olmasını istəyib. Lakin İbn Kamil və adamları Adiy bin Xatəmin vasitəsi ilə Muxtarın onu bağışlayacağı qorxusu ilə Həkim bin Tufeyli ilk öncə Həzrət Abbasın (ə) paltarlarını oğurladığı üçün onun paltarlarını çıxardırlar, sonra İmam Hüseynə (ə) tərəf atdığı və bədəni üzərində at sürdüyü üçün ox yağışına tuturlar. Tarixçilərin nəql etdiyinə görə, bədəninə o qədər atıblar ki, kirpiyə oxşayırmış./ faktxeber

Kərbəla qatilləri seriyasından: Həkim bin Tufeyl
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:16 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap