header

 Səud şahzadəsi edam edildi

Onun edamı Krallıq əmri ilə də təsdiq edilib.

Səudiyyə Ərəbistanı şahzadəsi Turki bin Səud əl-Kəbirin edam hökmü icra olunub. Kral ailəsi üzvünün edam edilməsi monarxiya tarixində bir ilk olub.

 

Edam hökmünün icra edilməsi haqda Səudiyyə Ərəbistanı xarici işlər naziri xəbər verib. Əl-Kəbirin ölüm hökmünü Səudiyə Ərəbistanının həm Ali, həm də Apellyasiya Məhkəməsi təsdiq edib. Onun ölümü Krallıq əmri ilə də təsdiq edilib.

 

Xatırladaq ki, məhkəmə 2014-cü ildə şahzadə Turki bin Səud əl-Kəbiri krallıq vətəndaşı Adel əl-Mahemidanın ölümündə günahkar bilib. Hadisə paytaxt ər-Riyad şəhəri yaxınlığında yerləşən çadır şəhərciyindəki kütləvi dava zamanı baş verib.

 

Davadan sonra məlum olub ki, öldürülmüş şəxs şahzadənin dostu olub. Yerli KİV-lər bildirmişdilər ki, hadisə yerinə polisi əl-Kəbirin özü çağırıb. Bundan sonra o polis tərəfindən saxlanılıb.

 

Səudiyyə Ərəbistanında qüvvədə olan şəriət qanunlarına əsasən, insan öldürmək, narkotik qaçaqmalçılığı, silahlı soyğun, zorlama və küfrün cəzası ölümdür.

 

"Amnesty International"ın məlumatına əsasən, ötən il ölkədə 158 ölüm hökmü icra olunub.

 

Əl-Kəbirin ölüm hökmü sayca bu ilki 134-cü ölüm hökmüdür./ İslamazeri

Onun edamı Krallıq əmri ilə də təsdiq edilib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:16 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap