İranlı general: Müctəhidlərin cihad fətvaları olmasaydı...
Posted on : iran 10/16/2017 1:00:16 PM
"Suriyada terror qruplaşması yaradaraq, şiə və sünnilərin ölümünə səbəb olanlar bu gün anlayırlar ki, bu böhranın həlli üçün İranın dəstəyinə ehtiyacları var."
“Tasnimnews”-a
istinadən, İranın İnqilab Keşikçiləri Korpusunun rəhbəri Muhəmmədəli Cəfəri Səud
və İsrail rejiminin İran əleyhinə ortq layihələrindən söz açıb. Bu mövzu ətrafında
çıxış edən general Cəfəri bildirib: “Xəyanətkar Ali-Səud rejimi bu
günlərdə şiələrə qarşı amansız əməliyyatlar həyata keçirməyə hazırlaşır. Onlar
puç xəyallara qapılaraq ölkəmizin şərq əyalətlərində qarşıdurma yaradırlar.
Lakin Allaha həmd olsun ki, bu gün ölkə səviyyəsində təhlükəsizliyin təmin
olunduğunun şahidiyik. Suriyada terror qruplaşması yaradaraq, şiə və sünnilərin
ölümünə səbəb olanlar bu gün anlayırlar ki, bu böhranın həlli üçün İranın dəstəyinə
ehtiyacları var. Amerikalı təhlilçilər bu sözləri öz telekanallarında bildirirlər.
Müctəhidlərin cihad fətvaları olmasaydı bu gün terrorçular Kərbəla və Nəcəfə
çatmışdılar.” ./ İslamazeri