header

 Azərbaycan Respublikası şiələrinin əzadarlığı bir müxbirin baxışında

Azərbaycan Respublikasında hüseynçi əzadarlara göstərilən təzyiq nəticəsində bu ölkənin şiələri İran şəhərlərində əzəmətli əzadarlıq mərasimi keçirmişlər

Tashaio.com xəbər verir ki, Sərhəd şəhəri olan Astara limanında Məhərrəm ayının əza mərasimləri Azərbaycan Respublikasının cənub rayonlarındakı əhalinin rəğbətini qazanmışdır. Belə ki, hər il əhlibeyt dostlarından çoxları bu şəhərə axışırlar.

 

Hər il Hüseyn eşqi bu aşiqləri Astarada imamzada İbrahim və Qasim türbələrinə və məscidlərə və təkiyyələrə çəkir və müsəlman azərilər Tasura və Aşura günlərində şəhidlər ağasının matəminə əyləşirlər.

 

Astaranın  İbrahim və Qasim imazadələrinin hərəmi, Abbasiyyə, Giləklər, Qürəba və came məscidləri azəri və gürcü müsəlmanlarının gəlib əzadarlıq edib, sinə və zəncir vurmaqdan əlavə namaz qılıb xəstələrinə şəfa dilədikləri müqəddəs məkanlardandır.

 

Azərbaycan Respublikasının züvvarları məhərrəm ayının Tasura və Aşura mərasinlərində Astaranın şəhid yetirən və mübariz əhalisi kimi qara geyinib din xadimləri, rəsmilər və imam Hüseyn aşiqləri ilə birlikdə əzadarlıq edirlər.

 

Sərhədyanı şəhər olan Astara məscidlərində bütün növhələr Azərbaycan dilində deyilir, Astara növhəxanları seyyidüş-Şühəda və həzrət Zeynəb müsibətlərini yandırıcı şeirlərlə iafadə edir və azəri züvvarlarını matəmə qərq edirlər. Bu il də Astarada güclü leysan yağışına rəğmən məsciddəki din xadimlərinin imam Hüseyn və onun əshabələrinin qiyamı haqqındakı çıxışları və onlarla danışmaları, Aşura günortasında imam Hüseynin son namazını xatırladan camaat namazının qılınması, şəbey mərasimi, digər əzadarlıqlar azəri və gürcü vətəndaşların diqqətini çəkən mövzulardan idi.

 

Azərbaycan Respublikası züvvarlar karvanının Bakıdan olan və Astara sərhəddi yolu ilə Kərbəlaya gedən rəisi demişdir ki, iranlılar və astaralılar qonaqpərvərdirlər.

 

O, Mehr müxbirinə demişdir: İran və Azərbaycan müsəlmanın millətləri arasındakı münasibətlər qədimki əlaqələrə və qırılmaz bağlılıqlara əsaslanır. Mahir Hüseynov İran islam respublikasının sərhəd məmurlarının azərilərin Kərbəlaya getməsindəki səmimi əməkdaşlıqlarına işarə edərək izah etmişdir ki, Azərbaycan züvvarlarının hərəkətinin asanlaşdırılması istiqamətində iki ölkə rəsmilərinin tam uyğunluğu nəticəsində İranda heç bir problemlə rastlaşmamışıq. Biz gömrük msəullarına, İran və Astaranın qonaqpərvər əhalisinə təşəkkür və minnətdarlıq edirik.

 

Azəri vətəndaşı Astarada Aşura əzadarlığına işarə edərək artırmışdır: Məhərrəm və Aşura mövzusu şiəliyin fundamental və prinsipeal mövzularından olub və islam öz həyatını ona borcludur. Hüseynov Aşura mədəniyyətini dünyanın bütün azad millətləri üçün funksional örnək hesab edərək açıqlamışdır: İmam Hüseyn bizə azadəlik dərsi vermişdir: Heç vaxt zülmə boyun əyməyək.

 

Din təhsilatını Qum elmi hövzəsində bitirən azəri vətəndaşlarından biri imam Hüseyn qiyamının səbəblərindən birinin dayanmaq, dini bərpa etmək, namaz qılmaq, əmrbəməruf və nəhiəzmünkər etmək namazın davamlılığını təmin etmək hədəfilə təcavüzkarların qarşısında dayanmaqdır deyərək bildirmişdir: İmam Hüseyn Aşurada bəşəriyyətə fədakarlıq və cəsarət dərsi verdi. Bu dərs əbədidir və unudulası deyildir.

 

Əli Məmmədov əsasən şiə olan və Avropa qitəsində ən çox müsəlma əhalisi olan Aəzrbaycan respublikasının əhalisinin nəzərində Məhərrəmin xüsusi hörmət və əhəmiyyətə malik olduğuna və bu ayın əzadarlığının əksər rayonlarda keçirildiyinə işarə edərək davam etdirmişdir: Tasura və Aşura günlərində Azərbaycan resoublikasının əhalisi əzadarlıq mərasimilə yanaşı nəzir paylayır və müqəddəs məkanlarda imam Hüseyn süfrəsi açırlar.

 

 

O, İran növhəxanlarının seyyidüşşühədanın və Kərbəla yadigarlarının haqqındakı növhəxanlığını yüksək qiymətləndirərək deyir: Astara, Ərdəbil və Zəngan şəhərlərində keçirilən məhərrəmlik əza mərasimləri Azərbaycan respublikası əhalısının nəzərində xüsusi cazibəyə malikdir. Bu günlərdə azəri vətəndaşları Məhərrəm, Tasura və Aşura əzadarlığına qatılmaq üçün dost, qonşu və müsəlman İran islam respublikasına səfər edirlər.



Azərbaycan Respublikasında hüseynçi əzadarlara göstərilən təzyiq nəticəsində bu ölkənin şiələri İran şəhərlərində əzəmətli əzadarlıq mərasimi keçirmişlər
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:16 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap