header

 Ayətullah Amili: Azərbaycan əhalisi aşuraçı və hüseynçi kimliyini sübut etdi - Video

Ayətullah Amili: Azərbaycan əhalisi aşuraçı və hüseynçi kimliyini sübut etdi

Tashaio.com xəbər verir ki, Ayətullah seyid Hsən Amili Ərdəbilin bu həftəki cümə namazının xütbələrində Azərbaycan respublikasının əhalisinə nizam- intizamlı və əzəmətli əzadarlıq mərasimlərini keçirdiklərinə görə təşəkkür etmişdir.

 

Ayətullah Amili bütün təzyiqlərə baxmayaraq əzadarlıq mərasiminə qatılan Azərbaycan əhalisinə minnətdarlıq edərək sözlərini davam etdirmişdir: azərilərin kimiliyinin təriflənməsi lazım gələrsə o kimlik aşuraçı, qədirçi, peyğəmbərçi, ələvi və hüseynçi olmaqdır. Onlar birinci növbədə hüseynçi, sonra isə azəridirlər. O, hüseynçi azərilərin bu ilki şüarını, "əmri liəmrikum muttəbe" şuarlarını bir daha vurğulayaraq bu şüarın təbliğ və izahına çalışan bütün adamlara minnətdarlıq edərək vurğulamışdır ki, əhlibeytin bütün mərhəmətləri həmin "itba" sözündədir və əhlibeytə tabe olmaq Allahın xüsusi inayətlərinin qapılarının rəmzidir.

 

Əyalətin ümumi mədəni şurasının sədri xütbənin digər bir hissəsində Anbaran, Həştcin və Gilanın qərb rayonlarının sünnilərinə layiqli əzadarlıqlarına görə xüsusi təşəkkür edib onu vahabilərə layiqli cavab kimi qiymətləndirmişdir. Çünki onlar bu il sünniləri əzadarlıqdan çəkindirmişdilər.

 

Ayətullah Amili bildirmişdir: Əbaəbdillaha əza saxlamaq və ağlamaq Peyğəmbər ənənəsidir. Bu ənənəyə əməl etməyən adam əslində bu mövzuya ikili yanaşmış olur. Ənənəyə ikili yanaşan isə ona əməl etməmiş olur. Beləliklə Qruznidə keçirilən son konfransda 200 nəfər sünni alimi, o cümlədən Ələzhər universitetinin rektoru vahabiləri "Əhlül-sünnə vəl-cəmaə" dairəsindən kənarlaşdırmışdır.



Ayətullah Amili: Azərbaycan əhalisi aşuraçı və hüseynçi kimliyini sübut etdi
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:16 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap