header

 İraq baş nazirindən Türkiyə prezidentinə: Səddamın səhvini təkrar etməyin...

"Türkiyə prezidentinə tövsiyə edirik ki, Səddamın ölümcül yanlışını təkrarlamasın..."

"Farsnews"-a istinadən, İraqın Baş naziri Heydər əl-Abadi Türkiyəni Səddam Hüseynin yanlışlarını təkrarlamamağa çağırıb.

 

Qonşu ölkələrə İŞİD barədə xəbərdarlıq edən Abadi bildirib: "Qonşu ölkələr bu təhlükəni nəzərə almalı və terrorla mübarizədə bizimlə həmkarlıq etməlidirlər."

 

Türkiyə qüvvələrinin İraq hakimiyyətinə hörmət qoymasını istəyən Abadi deyib: "Türkiyə prezidentinə tövsiyə edirik ki, Səddamın ölümcül yanlışını təkrarlamasın. İŞİD-in təhlükəsi yalnız İraqı deyil, bütün dünyanı təhdid edir."

 

Mosul əməliyyatına da işarə edən nazir bildirib: "Yaxın günlərdə Mosulda İraq ordusunun qələbəsinin şahidi olacağıq. Bizim əsas hədəfimiz şəhər sakinlərinin qorunmasıdır."  / İslamazeri

"Türkiyə prezidentinə tövsiyə edirik ki, Səddamın ölümcül yanlışını təkrarlamasın..."
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:16 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap