header

 Yəmənlilər səud təcavüzkarlarını ağır atəşlərə tutublar

Yəmənin ordu və xalq komitələri qüvvələri səud hərbçilərinin toplaşma mərkəzlərinə 40 ədəd raket atıblar.

Mehr xəbər agentliyinin Ələhd-ə istinadlı məlumatına görə, Yəmənin ordu və xalq komitələri qüvvələrinin raket bölməsi dünən Nəcranda yerləşən Əlxəzra keçidində səud ordusunun toplaşma mərkəzlərinə 40 ədəd raket atıb. Nəticədə bir qrup səud hərbçi ölüb və yaralanıbdır.

 

Bu raket hücumlarında səudların bir çox hərbi təchizatı məhv edilib.

 

Yəmənli qüvvələr habelə Nəcranda yerləşən Əlzur məktəbi məntəqəsində səud ordusunun mövqelərinə bir neçə katyuşa raketi atıblar.

 

Yəmənin ordu və xalq komitələri qüvvələri Qaviyyə, Əlkurs və Əlməhruq məntəqələrində səud ordusunun toplaşma mərkəzlərini mərmi hücumlarına məruz qoyublar. Nəticədə muzdurlara insan qüvvəsi və texnika baxımından böyük xəsarətlər dəyib.

 

Digər tərəfdən, səud qırıcıları öz hücumlarının davamında Həccə vilayətindəki Hirz məntəqəsini bombalayıblar.

 

Həmçinin səud muzdurları Marəb vilayətinin Sərvah məntəqəsində Yəmən vətəndaşlarının mənzillərini mərmi hücumları hədəfinə çeviriblər.

Yəmənin ordu və xalq komitələri qüvvələri səud hərbçilərinin toplaşma mərkəzlərinə 40 ədəd raket atıblar.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:16 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap