Həqiqi və ilahi eşqin məcazi eşqə qurban verildiyi Kərbəla İslamın qələbəsi idi
Posted on : Digər sahələr 10/16/2017 1:00:16 PM
Kənan Hacı: “Kərbəla yazısı İslamın qələbəsiydi”
Birlik.az saytı
“Kərbəla hadisəsi müasir Azərbaycan aydınlarının nəzərində” rubrikasını davam
etdirir. Belə ki bu mövzuda ən çox klassik ədiblərimizin fikirləri önə çəkildiyindən
müasir ziyalılarımızın fikirləri bir qədər kənarda qalmışdır. Əziz oxucular,
müasir Azərbaycanın görkəmli yazarlarından biri olan Kənan Hacının fikirlərini
sizə təqdim edirik:
“Kərbəla düzündə
etiqadlı məzlumlarla etiqadsız zalımların son döyüşündə hər iki tərəf müsəlmanlar
idi. İslamı birləşdirmək adı altında səltənətini möhkəmlədən və içində qıvrılıb
yatan ilandan xilas ola bilməyən Yezid etiqada yox, qılıncının gücünə
arxalanırdı. Tarixdə lənətlə yad edilən xəlifələr sırasında İmam Hüseynin
ölümünə fitva verən bir müstəbid kimi qaldı. Həqiqi eşqin, ilahi eşqin məcazi
eşqə qurban verildiyi Kərbəla düzündə qalib çıxan yenə də İslam oldu. Kərbəla
yazısı İslamın qələbəsiydi.”
***
Yazıçı Şərif
Ağayar: "İmam Hüseyn təkcə İslam və şiəçilik kontekstində dəyərləndirilməməli..."
“Biz
demokratik, dünyəvi cəmiyyət arzusundayıqsa, bütün tarixi hadisələr, dini və
mifik əhvalatlar kimi, Aşuranı da hər kəsin açıq müzakirəsinə buraxmalı, heç kəsə
hiddətlənməməliyik. Mənə görə, İmam Hüseyn yüksək əxlaqa malik olan, təkcə
özündən sonrakılara deyil, əvvəlkilərə də nümunə göstərilməyə layiq şəxsiyyətdir.
Eyni zamanda düşünürəm ki, onu təkcə İslam və şiəçilik kontekstində dəyərləndirmək,
göz yaşı və ah-fəryadlarla yad etmək doğru deyil.”
***
Ədəbi tənqidçi
Əsəd Cahangir: "Aşura – göz yaşı ilə qətiyyətin birliyidir"
“Aşura –
Füzulinin "Hədiqətüssüəada"sıdır, sözümüzün şəhadətidir
Aşura – Mübariz
İbrahimovun canını vətən yolunda verməsidir, özümüzün şəhadətidir,
Aşura – göz
yaşı ilə qətiyyətin birliyidir
Aşura – insanın
ölümdən sonrakı diriliyidir.”