header

 Ayətullah Amili: dünya azəriləri böyük yığıncaq təşkil etməklə islamın qüdrətini və hüseynçi mədəniyyətinin əzəmətini nümayiş etdirsinlər - Video

Bu yığıncaqlar dindən sui-istifadə etmək deyildir

Tashaio.com xəbər verir ki, Heç bir dövlət belə fikr etməsin ki, bu əzadarlıqlar, yığıncaqlar, əza bayraqları ölkənin istiqlaliyyəti və milli hakimiyyəti ilə ziddiyyət təşkil edir. Əksinə, qəhrəmənlıq və qeyrət ruhiyyəsini gücləndirərək ölkənin yaman günlərdə təcavüzkarlardan və talançılardan qorunmasinda ən yaxşı qüdrət və yardımdır.

 

Ayətullah seyid Həsən Amili Ərdəbilin bu həftəki cümə namazının xütbələrində bildirmişdir: Kərbəla bütün bəşəriyyət üçün etik, sosial və qəhrəmanlıq başlıqlarını təlim verən bir məktəbdir.

 

Ərdəbil əyalətinin xibrələr məclisindəki deputatı demişdir: imamın qiyamı peyğəmbər ənənəsini bərpa etmək üçün zəruri və tamamilə rasional bir qiyam idi. Buna görə də şiə ilə sünninin birləşmə nöqtəsidir. O, həmin mövzu ilə əlaqədar əyalətin və Gilanın qərb sünnilərinin əzadarlığını yüksək qiymətləndirmiş və onları dəvət etmişdir ki, bu mərasimləri daha əzəmətli şəkildə keçirsinlər, nəzir edib, ehsan versinlər.

 

Vəli-fəqihin Ərdəbil əyalətindəki nümayəndəsi ötən il Tasura və Aşura günlərində əzəmətli yığıncaq təşkil etdən azərilərə, eləcə də bu il analoji yığıncaq təşkil etmək əzmində olan Kərəc və Tehran azərilərinə öz təşəkkürünü bildirib dünyanın müxtəlif ölkələrindəki dünya azərilərindən istədi ki, bu il daha əzəmətli yığıncaqlar təşkil edib islamım qüdrətini və hüseynçi mədəniyyətin əzəmətini dünyaya nümayiş etdirsinlər.

 

Ayətüllah Amili açıqlamışdır: kütləvi kimlikdən istifadə etmək düşmənləri məyus edir, onların planlarını pozur və düşünməyə vadar edir. Bu, doğrudan da bir əsas və effektiv təbliğdir.

 

Ərdəbilin imamcüməsi artırmışdır: Bu yığıncaqlar dindən sui-istifadə etmək deyildir. Heç bir dövlət belə fikr etməsin ki, bu əzadarlıqlar, yığıncaqlar, əza bayraqları ölkənin istiqlaliyyəti və milli hakimiyyəti ilə ziddiyyət təşkil edir. Əksinə, qəhrəmənlıq və qeyrət ruhiyyəsini gücləndirərək ölkənin yaman günlərdə təcavüzkarlardan və talançılardan qorunmasinda ən yaxşı qüdrət və yardımdır.

 

O demişdir: tarix sübut etmişdir ki, əzadarlığa, yığıncaqlara və əzadarların atifi cəhətlərin büruz edilməsinə hər cür müxalif olmaq imam Hüseynə və Kərbəla hadisəsinə vurğunluğun daha alovlanmasına səbəb olur.



Bu yığıncaqlar dindən sui-istifadə etmək deyildir
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:16 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap