Hüseyn mərasimləri müdafiəsinin baş katibi: Hüseyn mərasimlərilə müxalif olmaq Azərbaycan respublikası və vahabi dövlətlərin müştərək nöqtəsidir
Posted on : Video 10/16/2017 1:00:14 PM
Hüseyn mərasimlərinə müxalif olanlar Səddam Hüseynin taleyinə düçar olacaqlar
O, Azərbaycan respublikasındakı yeni qanuna və Azərbaycan
dövləti və Al-Xəlifə tərəfindən Aşura nişanələrinin təxrib olunmasına işarə edərək demişdir: Azərbaycan
respublikası şiə bir ölkədə vahabi qanununu icra edir. Bunu bilmir ki, imam
Hüseyn bayrağını yatırmaq istəyən hər hansı bir şəxs Səddam Hüseynin taleyinə
düçar olacaqdır. Şeyx Əli Heydər bu ölkənin rəsmilərini qanuna tabe olmağa
çağrmış və müsəlmanlara xitabən demişdir: Həzrət Məhəmməd və imam Hüseyn sizi
Azərbaycan respublikasında, Bəhreyndə və digər məzlum ölkələrdə haqa kömək etməyə
çağırır. Bu ölkələrdəki siyasi hüquq budur ki, millət qüdrət mənbəyinə çevrilməli,
ölkənin idarəsi vətəndaşların sərəncamına verilməli, sərvətlər ədalətli şəkildə
paylanmalı, ədalət və insaf bərqəra olmalı və ayrıseçkilik aradan
qaldırılmalıdır. Şeyx Əli Heydər BMT və dünya ictimaiyyətindən istəmişdir ki, məzlum
xalqların demokratiya, azadlıq, bərabərlik və ədalət istəklərinə diqqət
yetirsinlər.