header

 Aşura nişanələrini hədələyən amillər

Şiə Azərbaycan respublikasında şeytan və sionist nişanələri məh olmalı, islam və xüsusilə Hüseyn nişanələri daha da qabardılmalıdır.

      Son vaxtlar Azərbaycan respublikasının milli məclisi  bildirmişdir ki, məclisin gələn iclasında din bayraqları və əlaqədar təbliğat afişalarının ibadətgahlardan kənar və ümumi yerlərdə vurulmasının qadağan olmasına dair qanun qəbul ediləcəkdir. Azərbaycan respublikasının yeni qanunlarına əsasən dini yazılar və məzhəb göstəricilərinin ümumi yerlərdə nəsb olması və eləcə də məscidlərdən və din binalarından kənar din bayraqlarının vurulması qadağan olacaqdır. Vətəndaşlar bu qanunu pozduqları təqdirdə 2000- 2500, dövlət işçiləri 8000- 9000, hüquqi şəxslər isə 20000- 25000 manat cərimə ödəməli olacaqlar. Indi isə Aşura mədəniyyətində nişanələr və onların funksiyası haqqında danışmaq istəyirik: Aşura nişanələrinə və hüseynçi mədəniyyətə bir baxışla belə bir qənaətə gəlirik ki, bayraq, qara köynək, gözyaşı və ağlamaq beynəlxalq səviyyəli bir mövzunun, məhərrəmliyin atributlarıdır. Başqa sözlə bu günlərə aid təbliğat və hüseynçi əzadarlıq təşkil etmək, islam atributu olaraq həmin nişanələrin təsiri nümunələrindəndir. Camaatdan bir tedadının həmin nişanələrə əsaslanaraq mədəni bir cərəyan yaratmaları lazım və təqdirəlayiq bir işdir. Hüseynçi mədəniyyətdə insanların iç üzü onların reallıqlarını nümayiş etdirir. Işin zahiri cəhəti isə əzadarlıqdır. Qara köynək geyməyən adama baş sağlığı verməzlər. Qara geyimdə gördüyümüzə verdiyimiz birinci sual onun yaxınlarına baş verən hadisə haqqında olur. Boş yerə nə birinə başsağlığı vermək olar nə də birini təbrik etmək olar. Demək hüseynçilik atributları yüksək əhəmiyyətə malikdir və diqqət mərkəzində olmalıdır. Imam Xumeyni həzrətləri cəvahir xassəli bir sözündə deyir: "islamı canlı saxlayan Məhərrəm və Səfərdir". Bu mübarək ifadə göstərir ki, Məhərrəm və Səfər günlərində camaatın ümumi hərəkəti və bu günlərin sahiblərinə təvəssül etmək və ölkəyə hakim olan hüseynçi çalarlar və qoxular islamın canlı qalmasına səbəb olmuşdur. Atrubutların və hüseynçi nişanələrin zəifləməsi və aradan getməsi ilə islamdan bir şey qalmayacaqdır. Başqa sözlə bu atributlar və əzadar dəstələrinin nümayişi – bəlkə də onu dünya müsəlmanlarının dini-siyasi yürüşü hesab etmək olar- islamın yaşamasına və dünyanın böyük bir qüdrəti kimi cəlbolma potensiyalına malik olan digər insanları islama yönəltməyə səbəb ola bilər.

Mədəniyyət yaratma və Aşura nişanələrini hədələyən amillər

Azərbaycan respublikasında bəzi adamlar irad tuturlar ki, hansı səbəbə görə məhərrəmlikdə qara geyməli və sinə vurmalıyıq? Və ya hansı səbəbə görə ümumi yerlərdə əzadarlıq dəstələri yola salmalıyıq? Müəllifin fikrincə ziyalılar tərəfindən belə bir fikrin söylənilməsi yanılma qoxusu verir və əsas hədəfləri birinci növbədə nişanələri aradan aparmaqdır. Bunun qarşısında isə möminlər və mzhəb icmaları sadəlövh və yanılmış fikirlərin qarşısında daha çox mədəni işlər görməlidirlər. Misal üçün Kərbəla eposunda və onun davamı olaraq əzadarləq və surət rəssamlığında "Şümr" mütləq bir şərrin göstəricisi, onun qırmızı geyimi qan tökmək, qəddarlıq və vandallıq nişanələridir. Bunlar Kərbəla rəvayətlərindən qaynaqlanmış, sonralar isə sənətkarlıqda büruz etmişdir. Buna görə belə bir qənaətə gəlirik ki, dünyada hər bir mövzunun nişanəsi və hər bir nişanənin mənası vardır. Aşura nişanələri də bu qaydadan kənar deyildir. Onların dərin məna və ifadələri vardır. Məsələn bayraq nişanəsi insana müəyyən hadisələri xatırladır. Buna görə də əlaqədar mədəniyyət və dəyərləri qorumaq üçün o hadisələrin nişanə və atributları qorunub saxlanılmalıdır. Bəziləri bu nişanələrin aradan qaldırılmasından, bəziləri isə onların dəyişdirilməsindən danışırlar. Sözsüz ki, hər iki dəstə Aşura macərasını aradan qaldırmaq, əhəmiyyətini azaltmaq və əlaqədar mədəniyyətin yaranmasına mane olmaq fikrindədirlər. Burada belə bir sual qarşıya çıxır: bir insanın adını və nişanəsini aradan aparıb onun mədəniyyətindən və rəftarından danışmaq olarmı? Nə isə Seyyidüşşühəda, onun əshabələri və ailəsinə aid əzadarlıq Aşura mesajının canlı olmasına zəmanət verir. Aşura mesajı ədalət, azadlıq, namaz, zülmə qarşı mübarizə və sairədir. Bu, bütün əsrlərə aiddir. Buna görə də diqqət mərkəzinə alınmalı olan cəhətlərdən biri islam nişanələrini qoruyub saxlamaq, müsəlman gənclərin fikrini və canının nişan alan yad nişanələri isə tam şəkildə məhv etməkdir. Elədir! Şiə Azərbaycan respublikasında şeytan və sionist nişanələri məh olmalı, islam və xüsusilə Hüseyn nişanələri daha da qabardılmalıdır.

Şiə Azərbaycan respublikasında şeytan və sionist nişanələri məh olmalı, islam və xüsusilə Hüseyn nişanələri daha da qabardılmalıdır.
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:14 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap