Yəmən ordusu Səudiyyə hərbi bazasına “Zilzal 3” ballistik raketi atdı
Posted on : Digər sahələr 10/16/2017 1:00:15 PM
Bu gün səhər saatlarında Yəmən ordusu Səudiyyə Ərəbistanın Əsir vilayətində yerləşən hərbi bazasında “Zilzal 3” tipli ballistik raket atıb.
Ballistik raket
Əsir vilayətinin cənubunda yerləşən Dəhran hərbi bazasında yerləşən quru
qoşunlarının baş qərargahına endirilib.
Yəmən ordusu
“Zilzal 3” ballistik raketinin hədəfi dəqiqliklə məhv etdiyini, Səudiyyə
ordusunda texnika və canlı qüvvənin məhv edildiyini bildirib.
Qeyd edək ki,
2015-ci ilin mart ayından etibarən Səudiyyənin Yəmənə təcavüzü nəticəsində minlərlə
uşaq həyatını itirib, on minlərlə uşaq isə yaralanaraq müxtəlif dərəcəli bədən
xəsarətləri alıb. Yəmən əhalisi gündəlik təlabat malları və tibbi yardım
almaqda çətinlik çəkir. Blokada səbəbindən ölkəyə tibbi ləvazimat və qida məhsularının
girişi məhdudlaşdırılıb. Hələ də dünya ictimaiyyəti Səudiyyə Ərəbistanının Yəməndəki
uşaq qətllərinə (bir neçə ölkə xaric) səssiz qalmaqda davam edir. / eastnews