header

 Londonda Ali-Səuda qarşı aksiya

İnsan haqları fəalları Ali-Səud rejiminin siyasətlərinə etiraz olaraq, Ərəbistanın İngiltərədəki səfirliyi önündə aksiya keçiriblər.

Yəmənin Əlməsirə telekanalının məlumatına görə, insan haqları fəalları Ali-Səud rejiminin siyasətlərinə etiraz olaraq, cümə günü Ərəbistanın İngiltərədəki səfirliyi önündə aksiya keçiriblər. Onlar bu rejimin siyasətlərinə etiraz edərək, dünya ictimaiyyətinin bu düşmənçilik siyasətlərilə mübarizə istiqamətində addımlar atmasını istəyiblər.

 

Aksiyaçılar "Yəmənə qarşı hücum dayandırılmalıdır!", "Al-Səud İŞİD terrorçularının himayəçisidir!" şüarları veriblər.

 

Ərəbistan ABŞ-ın dəstəyilə 2015-ci ilin martından koalisiya yaradaraq, Yəmənin iistefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadini hakimiyyətə qaytarmaq bəhanəsilə bu ölkə xalqına qarşı mühasirə və hava təcavüzünə başlayıb.

 

Ərəbistanın Yəmənə qarşı hücumları altı mindən çox insan ölümünə və azı üç milyon insanın didərgin düşməsinə bais olub. Bundan əlavə, xəstəxana və məktəblər daxil olmaqla infrastruktur təsisatlara böyük xəsarətlər vurubdur.

 

Səudlar habelə Suriya və İraqda terrorçuların dəstəyilə bu ölkələrin dağılmalarına və həmin iki ölkədə minlərlə nəfərin həlak olmasına bais olublar.

İnsan haqları fəalları Ali-Səud rejiminin siyasətlərinə etiraz olaraq, Ərəbistanın İngiltərədəki səfirliyi önündə aksiya keçiriblər.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:15 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap